Vergi Məcəlləsində idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının istehsalının həyata keçirilməsi fəaliyyəti üzrə vergilərdən güzəştlərin verilməsi nəzərdə tutulub.
Mikro sahibkarlar üzrə vergi güzəşti ləğv edilir - 20 FAİZ VERGİ ÖDƏNİLƏCƏK
FED.az xəbər verir ki, Nazirlər Kabineti bununla əlaqədar idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının siyahısını təsdiqləyib.
Həmin siyahı aşağıdakı kimidir:
Beləliklə, qeyd edilən malların istehsalı ilə məşğul olan sahibkarların həmin sahədə göstərdiyi fəaliyyətdən əldə etdiyi gəlir və mənfəətlərinin 50 faizi 7 il müddətinə vergidən azad edilir. Həmçinin, həmin malların istehsalçılarının həmin fəaliyyətdə istifadə etdiyi əmlak və torpaqlar da 7 il müddətinə əmlak və torpaq vergilərindən azad edilir.