“Binəqədi Residence”in dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasına istinadən xəbər verir.
Məlumata əsasən, “Binəqədi Residence”in vergi borcu 812 min 670,70 manatdır. Bu 1 gün əvvəlki tarixə olan məlumatdır.
Qeyd edək ki, “Binəqədi Residence”10 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Əmirov Vaqif Talıb oğludur.