“Metal Trader LTD” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasında bildirilir.
Məlumata əsasən, “Metal Trader LTD” MMC-nin vergi borcu 867 459 manatdır.
Qeyd edək ki, “Metal Trader LTD” MMC 017-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Muslim Gassanovdur.
Bildirək ki, 2021-ci il üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda bu şirkətdə təmsil olunub.