Azərbaycanın yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirlərinin 1,7 milyard manatı fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların payına düşəcək.
Dövlət büdcəsinə dəyişikliklər açıqlandı - RƏQƏMLƏR
FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 1,2 % çoxdur.
Xatırladaq ki, dəyişikliklə bu il büdcə gəlirlərinin 33 milyard 779,5 milyon manat, büdcə xərclərinin isə 36 milyard 568,8 milyon manat olacağı gözlənilir. (Report)