“Orxan-Tit” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Eləcə də bax: 2 milyon manata yaxın - Vergi Borcu Var
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasındakı rəqəmlər deyir.
Məlumata əsasən, “Orxan-Tit” MMC-nin vergi borcu 416 317 manatdır.
Qeyd edək ki, bu şirkət 1995-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Bəhruz Novruzovdur.