"SN Qida Təchizat” MMC-nin dövlət büdcəsinə külli miqdarda çox vergi borcu yaranıb.
FED.az xəbər verir ki,ASC-nin hazırkı vergi borcu 4 milyon 778 min 644,42 manat təşkil edir.
"SN Qida Təchizat” MMC 26 sentyabr 2013-cü ildə dövlət qeydiyyatına alınlb. Qanuni təmsilçisi Sabahəddin Həbibullayev Bəxtiyar oğludur. Şirkətin nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Az1069, Bakı Şəhəri Nərimanov Rayonu, Əlövsət Əbdülrəhimov, ev.120A, m.35 ünvanıdır.










