Yalama Agropark MMC
Baş baytar həkim
Son tarix 16 avq 2024 - [email protected]
Əmək funksiyaları:
- Baytarlıq bölməsini idarə edir;
- Bütün heyvan qrupları üzrə heyvanların sağlamlığına cavabdehlik daşıyır;
- İllik epzootik tədbirlər planının hazırlanması və planın yerinə yetirilməsini təmin edir;
- Heyvandarlıq şöbəsində müalicə, müayinə və profilaktik proqramları işləyib hazırlayır və həmin proqram əsasında tədbirləri həyata keçirir;
- Baytarlıq bölməsində işçilərin iş yükünü təyin edir və qrafik üzrə iş prosesini təşkil edir;
- Bölmədə gündəlik baş verən düyə doğuşlarını, ölümləri, bala atmaları, düyə satışları və digər çıxdaşları aktlaşdırıb Maliyyə şöbəsinə təqdim edir;
- Riskli və erkən doğuşlarda birbaşa iştirak edir;
- Gündəlik olaraq bütün heyvan qruplarına baxış keçirir, xəstə olan heyvanların uçotunu toplayıb şöbə rəhbərinə məlumat verir. Müalicə üçün metodlar təyin edib Baytar həkimlərə müvafiq təlimatlarını verir;
- Müalicələrin qeydiyyatının aparılmasını təmin edir;
- Çoxalma proqramlarını hazırlayır və həmin proqram əsasında mayalanma işlərini təşkil edir;
- Heyvan ölümlərinin səbəbini müəyyənləşdirir, lazım gəldikdə patoloji yarmalar aparır və nəticələr barədə rəhbərliyə hesabat verir;
- Ölüm hallarının dəqiq araşdırılması üçün patoloji materialları laboratoriya yoxlanışına göndərir;
- İllik sürü dövriyyəsi və vaksinasiya proqramlarının yerinə yetirilməsinə dair sənədlərin işlənib dövlət qurumlarına təqdim edilməsini təmin edir.
Tələblər:
- Baytarlıq sahəsi üzrə ali təhsil
- İş təcrübəsi 2 ildən yuxarı
- Xarici dil biliklərinin olması arzu olunandır (rus, ingilis)
- Məsulliyyətli, intizamlı və stress vəziyyətinə davamlı, komandada işləmə bacarığı.
İş qrafiki: 09:00-18:00 ( beşgünlük iş həftəsi)
Qeyd: Yaşayış yeri və gündəlik qidalanma şirkət tərəfindən təmin edilir.
Maraqlanan şəxslər CV-lərini elektron ünvanına mövzu yerində “Baş baytar həkim” qeyd etməklə göndərə bilərlər.