Veysəloğlu MMC
Tələb planlama üzrə mütəxəssis
Son tarix 13 noy 2023 - [email protected]
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.
Vəzifə funksiyaları:
- Aylıq və illik olaraq tələblərin planlaşdırılması üçün məlumat bazasını hazırlamaq;
- SO99+ proqramında əsas məlumatların saxlanılmasını təmin etmək;
- Biznes inkişaf və satış strukturları ilə sıx əməkdaşlıq etmək;
- Promo aksiyalarına və ticarət fəaliyyətlərinə əsasən proqnoz və artım təsirlərini yaratmaq;
- Proqnoz, xidmət və inventar hədəfləri üzrə prioritetləri müəyyən etmək üçün ABC XYZ təhlilini aparmaq;
- Müvafiq nəticələri strukturlu şəkildə (Cədvəl, diaqramlar, IYA) aidiyyəti şöbə əməkdaşlarına təqdim etmək;
- Aylıq satış proqnozlarını hazırlamaq və təqib etmək;
- Əldə olunan nəticələri müvafiq struktur vahidləri ilə paylaşmaq və proqnozun dəqiqliyini optimallaşdırmaq üçün lazım olan proqnoz tənzimləmələrini həyata keçirmək.
Vəzifə tələbləri:
- Ali təhsil (Biznes idarəçiliyi üzrə üstünlükdür);
- Müvafiq vəzifədə minimum 1 il iş təcrübəsi;
- Güclü analitik və problem həlletmə bacarıqları;
- MS Office proqramlarını yaxşı səviyyədə bilmək;
- Yüksək ünsiyyət bacarıqları;
- Nəticə yönümlü;
- İşinə məsuliyyətli və dəqiq yanaşmalı;
- Azərbaycan dili (əla), rus və ingilis dili (arzuolunandır).
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
Müraciət qaydası: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Tələb planlama üzrə mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Təchizat zənciri və logistika departamentində təcrübəçi
Son tarix 13 noy 2023 [email protected]
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Vəzifə funksiyaları:
- Alınacaq malların sifarişini SAP sisteminə daxil etmək;
- Mal alımı planlaşdırılmasına və malların alınması üzrə fəaliyyətin həyata keçirilməsinə dəstək göstərmək;
- Razılaşdırılmış sifarişin müvafiq tədarükçüyə göndərilməsinə dəstək göstərmək;
- Sifarişə dair anbarı məlumatlandırmaq, öncədən məhsulun gəlişi ilə bağlı anbara məlumat vermək;
- Sifarişə dair müəyyən dövlət əhəmiyyətli icazələrin alınması üçün müraciət etmək və mütəmadi olaraq prosesi nəzarətdə saxlamaq.
Vəzifə tələbləri:
- MS Office proqramlarını bilmək;
- Rus dili (əla), İngilis dili (arzu olunandır);
- Riyazi biliklərin olması.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
Müraciət qaydası: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Təcrübəçi” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Marka meneceri (Duru yağ)
Son tarix 13 noy 2023 [email protected]
Funksiya: Qastronom kateqoriyası üzrə idarəedici direktorluq
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
İşin Təsviri: Məhsul çeşidlərinin idarə olunması, yeni çeşidlərin artırılması, bazar haqqında dolğun məlumat toplanılması, satış proqnoz və planlarının təqibinin həyata keçirilməsi; Yeni məhsulların təmsilçilərə tanıtımı, istehlakçıların istəklərinə uyğun məhsulların araşdırılması, kampaniyaların, aksiyaların hazırlanması və izlənməsi işinin təşkili.
Vəzifə funksiyaları:
- Kateqoriyaya uyğun markaları seçmək və onları təqib etmək;
- Çeşidləri kateqoriyaya uyğun ayırmaq, satış nöqtələrini təyin etmək;
- Yeni çeşidlərin artırılması üçün müvafiq addımlar atmaq;
- İstehlakçıların ehtiyaclarını araşdırmaq, ehtiyaclara uyğun çeşidləri müəyyənləşdirmək;
- Məhsulların istifadə müddətinə nəzarəti həyata keçirmək;
- Bazarda məhsulun yayımını izləmək;
- Satış nöqtələrində çeşidlərin yayımı üçün tədbirlər hazırlamaq;
- Satış təmsilçilərində çeşid mövcudluğunu idarə etmək;
- Çeşid stoklarına nəzarət etmək, satınalma strukturu ilə birlikdə stokları mütəmadi kontrol etmək;
- Yeni fabriklərlə əlaqələr qurmaq, danışıqlar aparmaq və təkliflər hazırlayaraq rəhbərliyə təqdim etmək;
- Aylıq və günlük satış planlarını sistematik olaraq izləmək;
- Kampaniyalar hazırlamaq və onların həyata keçirilməsini izləmək;
- Vitrin və stendlərin, reklam vasitələrinin hazırlanmasını təmin etmək.
Tələblər:
- Analitik düşünmə və problemləri həll etmə bacarığı;
- Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- MS Office kompüter proqramlarından (xüsusilə Excel) sərbəst istifadə etmək bacarığı;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
Müraciət qaydası: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Marka meneceri (Duru yağ)” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.