Unicapital
Product owner
Son tarix 26 fev 2024 - [email protected]
İş haqqında məlumat:
- Rəqəmsal məhsullar üzrə Məhsul sahibi (Product owner ) kimi minimum 3 il iş təcrübəsi;
- Məhsul üzrə əsas göstəricilərin müəyyən edilməsi,göstəricilərin izlənilməsi və analizi;
- Rəqəmsal məhsulun və xidmətin inkişafında prioritetləri qurmaq bacarığı;
- Məhsul üzrə tapşırıq siyahısının yaradılması;
- Məhsulun bazardakı mövqeyini izləmək və qiymətləndirmək;
- Məhsulun hazırlanması prosesində proqramçı və dizayner komandaları ilə daimi əlaqə;
- Məhsulun hazırlanması zamanı birgə layihələrdə tərəfdaşlarla qarşılıqlı əlaqənin saxlanılması;
- Məhsul üzrə şirkətdaxili və şirkətdən kənar görüşlərin keçirilməsi;
- Biznes prosesləri üzrə texniki sənəd hazırlamaq.
Namizəd tələblərimiz:
- Müvafiq sahədə ali təhsil (Biznesin idarə edilməsi, Marketinq, İnformasiya texnologiyaları və s.);
- Rəqəmsal məhsullardan və texnologiyalardan məlumatlı olmaq;
- Komandada və fərdi şəkildə işləmə bacarığı;
- Yüksək ünsiyyət qurma və təqdimat bacarıqları;
- Analitik düşünmə və təhlil bacarığı;
- Agile metodologiyası üzrə biliklər üstünlükdür;
- İngilis dili üzrə minimum “pre-intermediate” səviyyə.
Yalnız Product owner təcrübəsi olan namizədlərin CV formaları dəyərləndiriləcək.