Bazar və investisiya riskləri üzrə mütəxəssis/aparıcı mütəxəssis
Son tarix 21 yan 2022
Tələblər:
-
Maliyyə/ iqtisadiyyat sahəsi üzrə bakalavr təhsili;
-
Analitik düşünmə qabiliyyəti;
-
Excel proqramında yüksək səviyyədə işləmə baxarığı;
-
Müvafiq qanunvericilik üzrə biliklər;
-
Beynəlxalq sertifikatlara (CFA, FRM) malik olması arzu olunandır;
-
Azərbaycan dili üzrə yüksək səviyyədə bilik;
-
İngilis dili üzrə upper-intermediate səviyyəsində bilik;
-
Bazar riskləri istiqaməti üzrə ümumi anlayış;
-
Qiymətli kağızlar və digər yerləşdirmələr üzrə risk analizi aparmaq bacarığı;
-
Statistik modellər qurma və işləmə bacarığı;
-
Müvafiq sahə üzrə minimum 6 ay təcrübə müddəti.
Öhdəliklər:
-
Bazar və investisiya risklərinin idarə edilməsini həyata keçirmək.
-
Bazar və investisiya risklərinin monitorinqini va statistikasını aparmaq;
-
Bazar və investisiya risklərinin məhdudlașdırılması va azaldılması üzrə tədbirlərin həyata keçirilməsi barədə təklifləri rəhbərliyə təqdim etmək;
-
Bazar və investisiya risklərin ilə bağlı mümkün olan itkilərin baș vermə ehtimalını və həcmini hesablayaraq Bankin aktivlərini va kapitalını maksimum qoruyub saxlamaq;
-
Bazar və investisiya risklərinin Bankin strateji hədəflərinə çatması üçün qəbul etmək istədiyi riskin həcminə uyğun olan səviyyəni müəyyən etmək;
-
Bazar və investisiya risklərini üzrə risk iştahasının Bankin maliyyə baxımından sabitliyinə və onun kreditorlarının və əmanətçilərinin maraqlarına təhlükə yaratmayan səviyyədə saxlanılması üçün tədbirlər görmək;
-
Banklararası kredit, deposit, həmçinin qiymətli kağızların yerləşdirilməsi üzrə risk analizi apararaq rəy bildirmək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini linkə keçid edərək göndərə bilərlər.
Mikro kreditlərin monitorinqi üzrə mütəxəssis
Son tarix 21 yan 2022
Tələblər:
-
Ali təhsil (iqtisadiyyat və ya riyaziyyat sahəsində);
-
Biznes kreditlər sahəsində ən azı 2 il iş təcrübəsi;
-
Microsoft Office proqramlarında işləmək bacarığı;
-
Kredit, maliyyə, mühasibat uçotu, sənədlərin təhlili, müştərilərin sahəvi təhlili sahəsində yüksək biliyə sahib olmalı;
-
Milli və regional biznes proseslərinin tənzimlənməsi və idarəedilməsi üzrə biliklər;
-
Qanunvericiliyin əsaslarını bilmək;
-
Sənədlərin təhlilini aparmaq;
-
Analitik düşünmə bacarığı;
-
Stressə davamlılıq, komandada işləmək bacarığı.
Öhdəliklər:
-
Rəhbərliyin sərəncamına/Təsdiqlənmiş planlara uyğun olaraq maliyyə, tematik və kompleksli kredit layihələrinin monitorinqi;
-
Bank fəaliyyəti və nəzarət prosedurlarının təkmilləşdirilməsi üçün müstəqil tövsiyələrin verilməsi;
-
Monitorinqin nəticələrinə əsasən rəylərin və hesabatların hazırlanması;
-
Bakıda və regionlarda müştərilərə vizit edə bilmək marağı və imkanının olması;
-
Kreditləşmə layihələrinin risklərinin azaldılması, qarşısının alınması və minimallaşdırılması ilə bağlı tövsiyələrin verilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini linkə keçid edərək göndərə bilərlər.