Banner
Banner

Vakansiyalar

"Unibank" işçi axtarır - VAKANSİYA

"Unibank" işçi axtarır - VAKANSİYA | FED.az
22:09 5 Dek 2020

Şirkətin adı: Unibank KB
Yerləşmə: Bakı, Gəncə, Mingəçevir, Şəki
Sektor: Maliyyə və kredit /Bank
Vəzifə : Korporativ kreditlər üzrə Mütəxəssis
Müqavilə şərtləri: Daimi

Bank haqqında

Unibank – Azərbaycanın 1992-ci ilin avqust ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir. 2003-cü ildə Bankın kapitalına Avropa Yenidənqurma və İnkişaf Bankı, 2005-ci ildə isə DEG – Alman sərmayə korporasiyası qoşulmuşlar.

Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Bu zaman biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik. Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.

Fəaliyyətimizin başlıca prioriteti kimi müştərilərin tələblərinə xüsusi diqqət ayırmaqla bərabər, biz həmçinin əməkdaşlarımızın qayğısına qalırıq, çünki onlar strategiyamızın müvəffəqiyyətlə həyata keçirilməsində aparıcı rol oynayırlar. Məhz buna görə də, bir İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Bizim baza dəyərlərimizə (birlik, açıqlıq, etibarlılıq) müvafiq olaraq, biz cari və gələcək biznes-məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın, inkişafını təmin etməyə çalışırıq. İnkişaf strategiyasının həyata keçirilməsi məqsədilə, Unibank, bankın imici və təqdim edilən məhsullar və xidmətlərin keyfiyyəti üçün məsuliyyəti dərk edən loyal əməkdaşlar axtarışındadır.

Başlıca öhdəliklər və məsuliyyətlər

• Korporativ müştərilərin cəlb edilməsi
• Daxil olmuş müraciət əsasında müştərinin biznesinin təhlilinin aparılması
• Təhlilin nəticəsinə uyğun kreditlərin rəsmiləşdirilməsi

Namizədin Profili

• Ali təhsil;
• Biznes və ya mikro kreditlər sahəsində minimum 1 il iş təcrübəsi;
• Azərbaycan dillində sərbəst danışıq bacarığı (Rus dili bilikləri arzuolunandır);
• MS Excel və MS Word proqramları üzrə baza biliklər;
• Biznesin maliyyə təhlilinin aparılması sahəsində biliklər;
• Ünsiyyət qurma bacarığı;
• Müştəri yönümlülük;
• Hərbi xidmət keçmiş və ya möhlət hüququ olanlar.

Göstərilən tələblərə cavab verən namizədlər https://unibank.az/az/hrsnew/vacanciesHrm/232 linkiylə keçid edib və vakansiyaya müraciət edə bilər.

Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində Korporativ kreditlər üzrə Mütəxəssis(bölgənin adı) göstərməyiniz xahiş olunur.

Digər xəbərlər