IT auditor
Son tarix 10 iyl 2022 - Müraciət et
Təsvir:
-
İllik audit planına uyğun olaraq davamlı audit yoxlamaları həyata keçirməsində iştirak etmək;
-
Bankın IT infrastruktur, siyasət və əməliyyatlarının yoxlanılması və qiymətləndirilməsidə iştirak etmək;
-
İnformasiya sistemlərində və əlaqəli sistemlərdə mövcud olan riskləri müəyyən etmək, həlli ilə bağlı müvafiq tövsiyələr vermək;
-
İnformasiya sistemlərində mütəmadi baş verən problemlərin əsas səbəbini aşkar etmək;
-
Mövcud nəzarət mexanizmlərini qiymətləndirmək və adekvat nəzarət mühitinin yaradılması ilə bağlı müvafiq tövsiyələr vermək;
-
Məqsədləri, görülmüş işi, nəticələri müvafiq qaydada sənədləşdirilən işçi sənədləri hazırlamaq və tələb olunan vaxtda yoxlanış üçün təqdim etmək;
-
Yoxlanılan sahədə tapılan bütün audit nöqsanlarını müvafiq rəhbərin nəzərinə çatdırmaq və nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr təklif etmək.
Tələblər:
-
İnformasiya və Kommunikasiya Texnologiyaları və oxşar sahə üzrə ali təhsil;
-
İT və İT təhlükəsizlik sahəsində təcrübə biliklərinə malik olmaq;
-
İnformasiya sistemləri, şəbəkə avadanlıqları, məlumat bazası və web texnologiyalar haqqında baza biliklərinə malik olmaq;
-
Analitik təhlil etmə, işdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
-
Stressə davamlılıq və komandada işləmək bacarığı;
-
Peşəkar bilik və bacarıqlarını artırmağa daimi hazır olmaq.
-
Peşəkar kvalifikasiyalar üzrə (CompTIA Security+, ITIL, COBİT, İSO 27001 və s.) sertifikatları olanlara üstünlük veriləcək