Unibank – Azərbaycanın 1992-ci ildə təsis edilmiş ən iri özəl banklarından biridir. Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Eyni zamanda biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik. Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.
İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Buna görə də biz cari və gələcək biznes məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın inkişafını mütəmadi olaraq təmin etməyə çalışırıq.
IT Auditor
Tələblər:
- Ali təhsil (İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsi üzrə arzu olunandır);
- Hər hansı peşəkar kvalifikasiyalar üzrə (CompTIA Security+, ITIL, COBİT, İSO 27001) sertifikatları olanlara üstünlük verilir;
- Azərbaycan dilində sərbəst danışıq, ingilis dilini bilmək zəruridir, rus dilini bilmək arzu olunandır;
- İT və İT təhlükəsizlik sahəsində təcrübə biliklərinə malik olmaq;
- İnformasiya sistemləri, şəbəkə avadanlıqları, məlumat bazası və web texnologiyalar haqqında biliklərə malik olmaq;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- Analitik təhlil etmə, işdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Stressə davamlılıq və komandada işləmək bacarığı;
- Peşəkar bilik və bacarıqlarını artırmağa daimi hazır olmaq.
Öhdəliklər:
- İllik audit planına uyğun olaraq davamlı audit yoxlamaları həyata keçirmək;
- Bankın IT infrastruktur, siyasət və əməliyyatlarının yoxlanılması və qiymətləndirilməsidə iştirak etmək;
- İnformasiya sistemlərində və əlaqəli sistemlərdə mövcud olan riskləri müəyyən etmək, həlli ilə bağlı müvafiq tövsiyələr vermək;
- İnformasiya sistemlərində mütəmadi baş verən problemlərin əsas səbəbini aşkar etmək;
- Mövcud nəzarət mexanizmlərini qiymətləndirmək və adekvat nəzarət mühitinin yaradılması ilə bağlı müvafiq tövsiyələr vermək;
- Məqsədləri, görülmüş işi, nəticələri müvafiq qaydada sənədləşdirilən işçi sənədləri hazırlamaq və tələb olunan vaxtda yoxlanış üçün təqdim etmək;
- Yoxlanılan sahədə tapılan bütün audit nöqsanlarını müvafiq rəhbərin nəzərinə çatdırmaq və tövsiyələr təklif etmək;
- Keyfiyyətli daxili audit hesabatlarının layihəsini hazırlamaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilər (vəzifənin adını email-ın mövzu hissəsində (IT Auditor) göstərməyiniz xahiş olunur) və ya https://unibank.az/az/hrsnew/vacanciesHrm/232 linkinə keçid edib vakansiyaya müraciət edə bilər.