Turban Moda
Rəhbər Köməkçisi
Son tarix 22 avq 2024 |- [email protected]
Vəzifə tələbləri:
- Səlis Azərbaycan və Rus dili, İngilis dili üstünlükdür.
- Ali təhsil şərtdir. (İdarə etmə sahəsində olması üstünlükdür)
- Güclü təşkilatçılıq, idarə etmə, düşünmə və kommunikasiyya qabiliyyəti
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
- Sahə üzrə ən azı bir illik təcrübə
- Bir başa birinici şəxslə işləmək qabiliyyəti
- Microsoft Office proqramları ilə işləmək qabiliyyəti
- Moda sahəsində təcrübə üstünlükdür
- Yaş 23-35
- Yalnız xanım namizədlərin müraciəti tələb olunur ( Rəhbər xanımdır )
Vəzifə öhdəlikləri
1. İnzibati Dəstək:
- Telefon zənglərini cavablandırmaq və yönləndirmək
- E-poçtları oxumaq və cavablandırmaq
- Gündəlik iş görüşlərini və görüşmələri təşkil etmək
- Qonaqları qarşılamaq və lazım olduqda onlara məlumat vermək
2. Dizayn və Koleksiya Hazırlığı:
Dizayn prosesində materialların və nümunələrin təşkil olunması
Dizayn planlarını və mood boardları hazırlamaq
Moda trendləri və rəqabət analizi aparmaq
3. Məhsul İstehsalı və Təqib:
- Nümunə istehsalı prosesində kömək etmək
- Nümunələrin keyfiyyətini və dəqiqliyini yoxlamaq
- Təchizatçılarla əlaqə saxlamaq və material sifarişlərini izləmək
4. Moda Göstərişi və Fotosessiyalar:
- Moda göstərilərini və fotosessiyaları təşkil etmək
- Model və fotosessiya komandaları ilə əlaqə saxlamaq
- Fotosessiya və moda göstərisi üçün lazım olan materialları hazırlamaq.
5. Sosial Media və Marketinq:
- Sosial media hesablarını idarə etmək və yeniləmək
- Dizayn layihələri və kolleksiyaları haqqında məzmun hazırlamaq
- Marketinq kampaniyalarını təşkil etmək və izləmək
6. Müştəri və Satış Dəstəyi:
- Müştərilərlə görüşlərdə iştirak etmək və onların tələblərini dinləmək
- Müştəri əlaqələrini idarə etmək və müştəri xidmətlərinə dəstək olmaq
- Satış və marketinq tədbirlərində iştirak etmək
7. Digər Vəzifələr:
- Gündəlik işlərin gedişatına nəzarət etmək
- Fərqli departamentlərlə əlaqələri idarə etmək
- Təxirəsalınmaz məsələləri həll etmək
- Səfərləri təşkil etmək
- Rəhbərə aid hesabatları və təqdimatları hazırlamaq
Əmək şəraiti:
İş saatı: 6 günlük iş rejimi, 08:30-17:30 arası iş saatı.
Əmək haqqı: 1200-1500 AZN arası. (Namizədin bilik və bacarıqlarına görə dəyişir)
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmi sənələşmə.
Ünvan: Yeni Yasamal 2
Diqqət: Rus dilini bilməyən və yaş tələbinə uymayan namizədlər dəyərləndirilməyəcək.
Göstərilən şərtlərə uyğun şəxslər CV-lərini elektron ünvana mövzu yerində “ Rəhbər Köməkçisi” qeyd etməklə göndərə bilərlər.