Trawell Group
Rəqəmsal Marketing Mütəxəssisi
Son tarix 02 iyn 2023 - [email protected]
Vəzifə Öhdəlikləri:
- Sosial media, şirkətin veb-saytı, e-poçt və digər platformalarda kreativ marketinq kontentinin yaradılmasını təmin etmək
- Reklam büdcəsinin təyin edilməsi və reklamların idarə edilməsi
- Gələcək marketinq strategiyalarını formalaşdırması üçün marketinq məlumatlarının (reklamların nəticələri, geri dönüşüm nisbətləri, trafik və s.) təhlilində iştirak etmək
- Reklamların analitikası haqqında hesabatlar yaratmaq
Tələblər:
- Rəqəmsal Marketinq Mütəxəssisi və ya Content Menecer vəzifəsi üzrə təcrübə
- Marketinq elementləri (o cümlədən Google Ads, SEO/Sosial media və s. kimi ənənəvi və rəqəmsal marketinq) və bazar araşdırması üsulları ilə bağlı hərtərəfli anlayış
- Marketinq data analitikası və alətlərində təcrübə
- MS Office daxil olmaqla, yüksək kompüter bacarıqları
- Məsuliyyətli və nəticə yönümlü
- Ünsiyyət və yazı bacarıqları
- Pixel, Google Tag manager, Yandex Metrics və digər Marketinq proqramları (Adobe Creative Suite və CRM) və ya proqramlar (Web analytics, Google Adwords və s.) üzrə biliklər üstünlükdür.
- Email marketing üzrə biliklər
- Dil bilikləri: İngilis dili
- Təhsil: Marketinq, Biznes və ya İngilis dili ilə bağlı bakalavr dərəcəsi
Təklif edirik:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi
- Ruhlandırıcı iş mühiti
- Mərkəzdə yerləşən ofis
- Müvafiq sahədə təcrübənizi zənginləşdirmək imkanı
- Gənc, dinamik komandada yerli və global startupların bir hissəsi olmaq
Əmək şəraiti:
- İş saatları: 09:00 - 18:00
- İş günləri: 5/2
- Əmək haqqı: 700 AZN-dən başlayaraq