Sheraton Baku Intourist
İnformasiya Texnologiyaları üzrə mütəxəssis
Son tarix 31 avq 2024 - [email protected]
Şöbə: İnformasiya Texnologiyaları
Şirkət: Sheraton Baku Intourist
Ünvan: Mikail Useynov küç 51
Son tarix: 31 Avqust 2024
İşin təsviri:
- Bütün kompüter avadanlığı təminatının istismarına rəhbərlik və nəzarət edilməsi, bütün sistemlərin işləməsinin və düzgün quraşdırılmasının təmin edilməsi, və kompüter avadanlığı təminatına xidmət göstərilməsi üzrə başlıca əlaqə rolunu oynamaq
- Bütün sistemlərin lazımi texniki xidmət müqavilələri ilə təchiz edilməsinin təmin edilməsi və tələbə əsasən, profilaktik təmirin yerinə yetirilməsinin təmin edilməsi
- Mehmanxananın səmərəliliyinin təkmilləşdirilməsinə xidmət edə biləcək sistemlərdən və texnologiyadan davamlı olaraq xəbərdar olmaq, o cümlədən, amma bununla məhdudlaşmayan: Kompüter avadanlığı təminatı sistemləri və cihazları, o cümlədən Personal Kompüter Yerli Şəbəkə texnologiyası, Proqram təminatı əməliyyat və xidmətçi proqram sistemləri, Qeydiyyat şöbəsi və Debitorlar üzrə Əmlak İdarəetmə Sistemləri, Qeydiyyat şöbəsində Əmlak İdarəetmə Sistemləri və digər sistemlərin əlaqələndirilməsi, Ofis Uçot və Hesabat Sistemləri, Daxili və Xarici Elektron Poçt / Faks / Skanner proqram və kommunkasiya servis proqramları, Alqı-satqı aparılan yerdə ödənişlərin aparılması üçün terminallar sistemi, ATS sistemləri, Kabellərin çəkilişi, Hab (şəbəkə özəyi)/ Sviç (kommutator) İdarəetmə Sistemləri, Elektron Qapı Kilidləmə Kompüter Sistemi, Kompüterin virusdan qorunması, Mehmanxana İT Təhlükəsizliyi və Şəbəkələrarası Müdafiə Sistemi
- Proqram təminatı problemlərinin araşdırılması və təchizatçı şirkətə, və yaxud Regional, Ərazi və yaxud Korporativ Ofisə məlumat verilməsi
- Sənədlərin yaradılması, mehmanxana kompüter sistem(lər)i işləməyəndə, müvafiq qəza hallarında riayət ediləcək bərpa etmə proseduralarının sınaqdan keçirilməsi və tanışlıq üçün təqdim edilməsi
Namizədə olan tələblər
- İT sahəsində ən azı 2-3 il iş təcrübəsinə malik olmaq, Otel sahəsində təcrübə olanlara üstünlük verilir;
- İnformasiya Texnologiyları üzrə təhsil zəruridi;
- Azərbaycan yazılı və şifahi ünsiyyət qabiliyyətinə malik olmaq, İngilis dilini (xüsusən texniki sahədə) bilənlərə üstünlük verilir;
- Texniki idarəetmə, informasiya təhlili və kompüter avadanlıqları/proqram təminatı sistemləri üzrə mükəmməl biliklər;
- Komandada işləmək bacarığı, məsuliyyət, təşkilatçılıq, sərbəstlik və özünü inkişaf etdirməyə meyilli.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “IT Specialist” qeyd edərək CV-lərini elektron ünvanına 31.08.2024-dək göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.