Rabitabank OJSC
İlkin Təqib şöbəsinə Aparıcı mütəxəssis/Baş mütəxəssis
Son tarix 19 fev 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Gecikməsi olan istehlak kreditlərinin uzaqdan təqib yolu ilə (zəng vasitəsi ilə) sağlamlaşdırılmasını bankın müvafiq qaydalarına uyğun şəkildə həyata keçirtmək;
- Bankın müvafiq qaydalarına uyğun şəkildə (iş bölgüsü əsasında ona tapşırıldıqda) Müştərilərə Xidmət Strukturları tərəfindən gecikməsi olan istehlak kreditlərinin sağlamlaşdırılması prosesinə nəzarət etmək;
- Öz fəaliyyəti ilə bağlı Şöbə rəisinə (tələb edildikdə Departament direktoruna) gündəlik, həftəlik, aylıq, rüblük və illik hesabat vermək;
- Gecikməsi olan müştərilərin gecikmə səbəblərini araşdırmaq və sistemdə müvafiq qeydlər aparmaq;
- Öz fəaliyyətini bankın daxili prosedur və normativ sənədlərinə müvafiq olaraq həyata keçirtmək;
- Təhkim olunmuş filiallar üzrə Yığımla bağlı qoyulan hədəflərə çatmaq;
- Özünün, habelə struktur bölməsinin fəaliyyətinə aid olan digər məsələlərin icrasını təmin etmək;
- Departament direktoru və Şöbə rəisi tərəfindən qoyulan tapşırıqları vaxtında və düzgün icra etmək;
Namizədə olan tələblər:
- Ali təhsil (maliyyə və iqtisadi təhsilli olması arzu olunandır);
- Bank və ya oxşar kredit təşkilatında ən azı 1 il iş təcrübəsinin olmasına üstünlük verilir)
- Azərbaycan dilini mükəmməl bilmək (rus və ingilis dilini bilən şəxslərə üstünlük verilir)
- MS Office proqramları ilə işləmək bacarığına malik olmaq;
- Kollektivdə işləmək qabiliyyəti, gülərüz və müştərilərlə yüksək nəzakətlə davranmaq qabiliyyəti;
- Məsuliyyətli, diqqətli, tələbkar, təşəbbüskar olmaq;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19.02.2024-cü il tarixinə qədər elektron ünvanına, mövzu hissəsində “İlkin Təqib şöbəsinə Aparıcı mütəxəssis/Baş mütəxəssis” yazaraq göndərə bilərlər.
Nəzərinizə çatdırım ki, növbəti mərhələdə vakansiya üzrə yalnız səriştələri uyğun olan namizədlər seçilib, dəvət olunacaqdırlar.
Əlaqə vasitələri:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33
Maliyyə Monitorinq şöbəsinin Rəisi
Son tarix 19 fev 2024 [email protected]
Vəzifə öhdəlikləri:
- Bankda ƏL TMM üzrə Nəzarət sisteminin qurulmasını və icrasını «Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun və Mərkəzi Bankın tələblərinə uyğun təmin etmək;
- Müştəri uyğunluğu tədbirlərinin tələb olunan qaydada həyata keçirilməsini təmin etmək, ƏL/TMM ilə bağlı olmasına şübhə yaradan əməliyyatların eyniləşdirilməsi və verifikasiya proseduruna nəzarət etmək;
- ƏL/TMM üzrə şübhə yaradan əməliyyatların icrası ilə bağlı müvafiq qərarlar qəbul etmək və lazımi hallarda dayandırılması barədə göstərişlər vermək;
- ƏL/TMM üzrə yerli və xarici banklarla məlumat mübadiləsinin keçirilməsinə nəzarət etmək və müvafiq sorğuların/sualların cavablandırılmasında iştirak etmək;
- ƏL/TMM üzrə şübhəli əməliyyatıarın aşkarlanması məqsədiylə müvafiq monitorinləri təşkil etmək və icrasına nəzarət etmək;
- ƏL/TMM üzrə risklərin minimuma endirilməsi məqsədiylə nəzarət mexanizmlərinin və proseslərin avtomatlaşdırılması və təkmilləşdirilməsinə dair təkliflərin verilməsi, və bu məqsədlə müvafiq işlərin təşkil edilməsi;
- İllik əsasda ƏL/TMM üzrə Bankın İnstitusional risk qiymətləndirilməsinin aparılmasını təmin etmək və nəticələri barədə Bankın rəhbərliyinə və Mərkəzi Banka məlumat vermək;
- ƏL/TMM üzrə riskərin minimuma endirilməsi məqsədiylə tədbirlər planını hazırlamaq və icrasına nəzarət etmək.
Namizədə olan tələblər:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə olunması üzrə olması arzuolunandır);
- Sahə üzrə azı 4 il iş təcrübəsi;
- Maliyyə savadlığı, risk əsasları, Azərbaycan Respublikası Mərkəzi Bankının qayda və təlimatlarını bilmək;
- CAMS sertifikatın olması üstünlükdür;
- Azərbaycan, Rus və İngilis dilini səlist bilmək;
- Analitik düşüncə, yüksək kommunikasıya və təqdim etmə bacarığı;
- İdarəetmə və təşkilatçılıq qabiliyyəti;
- Operativ və düzgün qərar vermək bacarığı;
- Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət göstəricilərə malik olması;
- MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19.02.2024-cü il tarixinə qədər elektron ünvanına, mövzu hissəsində “Maliyyə Monitorinq şöbəsinin rəisi” yazaraq göndərə bilərlər
Nəzərinizə çatdırım ki, növbəti mərhələdə vakansiya üzrə yalnız səriştələri uyğun olan namizədlər seçilib, dəvət olunacaqdırlar.
Əlaqə vasitələri:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33