PFM Catering
Baş mühasib
Son tarix 11 avq 2024 - [email protected]
İş yeri: Bakı şəhəri. Badamdar qəsəbəsi.
İş barədə məlumat:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir)
- Vergi qanunvericiliyini bilmək;
- Dövlət orqanlarına hesabatların təqdim etməyi bacarmalı (ƏDV, DSMF, Statistika və s)
- Mühasibat Uçotu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Mühasibat Uçotunun təşkili və aparılması o cümlədən Mühasibat Uçotu və Maliyyə Hesabatlarının hazırlanması və təqdim edilməsi Qaydalarını bilməli;
Əsas vəzifə və öhdəliklər:
- Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və köçürülməsini təmin etmək;
- Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsini təmin etmək;
- Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;
- Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- E-qaimələrin, təhvil-təslim aktlarının, müqavilələrin hazırlanması;
- Debitor və kreditorlara nəzarət nəzarət;
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;
- Əmək haqqının hesablanılması və ödənilməsi, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət etmək;
- Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
Namizədə tələblər:
- Yaş həddi – 25-36 yaş. (xanım/bəy)
- İş təcrübəsi – 3-5 ilədək.
- Komandada işləmə bacarığı.
- Əmək haqqı: 1000-1200 manat.
- İş vaxtı: Həftədə 5 iş günü.
- Şirkət tərəfindən qidalanma.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) e-mail ünvanına mövzu yerinə “Baş mühasib” yazaraq email ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.