Nurgun Holding
Mağaza müdiri
Son tarix 06 sen 2024 - [email protected]
İş barədə:
- Mağazanın sıravi və digər personalı (şöbə müdiri, satıcı, kassir, təmizlik və park xidməti; mühafizə xidməti və s.) üzərində operativ rəhbərliyi və idarəetməni həyata keçirmək;
- Cari tapşırıqları həll etmək, personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərini dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək;
- Satış nöqtələrindən və alıcılarından daxil olan hər bir informasiyaya operativ reaksiya vermək;
- Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək;
- Personalın daxili nizam-intizam qaydalarına əməl etmələrinə nəzarət etmək;
- Satış prosesinin təşkilində mağazanın sıravi və digər personalının işini tənzimləmək;
- Marketə lazım olan malların sifarişinin formalaşdırmasına nəzarət etmək;
- Mağazanın və personalın səliqə və təmizliyinə nəzarət etmək.
Tələblər:
- Ali təhsil;
- Yüksək təşkilati bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.)olmalı;
- İşgüzar davranış etikasını;
- Satılan məhsulun assortimentini və satış qiymətlərini;
- Satış texnikası və prinsiplərini;
- Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodlarını;
- Sanitariya, texniki və yanğın təhlükəsizliyi qaydalarını bilməlidir;
- Kompüter bilikləri (MS Office);
- Pərakəndə sektorunda 2 il iş təcrübəsi.
Digər məlumatlar:
- iş saatları: 09:00-dan 18:00-dək;
- 6 günlük iş qrafiki;
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni mövzu yerinə "Mağaza müdiri" yazmaqla [email protected] ünvanına göndərə bilərlər.