Fəaliyyətinə 1997-ci ildə başlayan “METAK” şirkəti bu gün ölkənin böyük istehsalat şirkətlərindən biridir. Hər il artan məhsul çeşidləri sırasında polad və plastik borular, birləşdirici hissələr, plastik yeşik və konteynerlər, intensiv bağçılıq və kənd təsərrüfatı üçün məhsullar və s. daxildir.
"METAK" şirkəti həmçinin Balaxanı və Neftçala Sənaye parklarının, Sumqayıt Kimya Sənaye Parkının rezidentidir.
Bütün uğurlarımıza əməksevər, peşəkar kollektivimiz sayəsində nail olduğumuza əminik. 800-dən çox əməkdaşımızla qarşımıza daha da böyük hədəflər qoyub onlara doğru irəliləyirik!
Aşbaz
Öhdəliklər:
• Gündəlik 400-500 nəfərlik yemək hazırlamaq;
• Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək;
• Menyunu tərtib etmək və tələb olunan ərzağın miqdarı barədə hesabat hazırlamaq;
• Yeməklərin çəkilməsi və işçilərə verilməsi;
• Komandanın bir üzvü kimi çalışmaq və lazım olduqda köməyə ehtiyacı olan əməkdaşlara dəstək olmaq.
Tələblər:
• Cinsi- qadın;
• Yaş həddi: 27-45;
• Aşbaz kimi 3-5 il iş təcrübəsi;
• Məsuliyyətlilik, səliqəlilik.
Əlavə şərtlər:
• Əmək haqqı; 600 azn;
• 6 günlük iş həftəsi;
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.
Maraqlanan şəxslər rəsmi saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=160 və ya [email protected] ünvanına CV göndərərək, 29.12.2020 – ci il tarixinə kimi müraciət edə bilərlər.