Kontakt Home
Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə inzibatçı
Son tarix 01 iyl 2024 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Yeni açılan və ya bağlanan obyektlərin mühafizə olunması və ya mühafizədən çıxarılması üçün aidiyyatı orqanlara məktub vasitəsi ilə məlumat verilməsi;
- Mühafizə idarəsindən gələn müqavilələrin təsdiq etdirilməsi və geri göndərilməsi;
- Sms məlumatlandırılmasının məsul şəxslərə yönləndirilməsi və dəyişikliklərin təmin edilməsi, bütün obyektlər üzrə göndərilən mail məlumatlandırmalarının (açılış-bağlanış vaxtları, zonalarda olan xətalar) qəbulu və nəzarət edilməsi;
- Təhlükəsizlik kodlarının reyestrinin aparılması;
- Təhlükəsizlik sistemlərinin quraşdırılmasının və ya sökülmüş avadanlıqların uçotunun aparılması;
- ƏMTT üzrə təlimatların qeydiyyatını aparılması;
- Şirkətə məxsus obyektlərin təhlükəsizlik sənədlərinin hazırlanması, arxivləşdirilməsi və sənədlərdə aşkar edilən uyğunsuzluqlara düzəlişlərin edilməsi;
- ƏMTT xidməti bölməsinə ünvanlanan maillərin və ya müraciətlərin qeydiyyata alınması, bölmə rəhbərinə məruzə edilməsi və mailin cavablandırılması;
- FHN-nin Dövlət Yanğın Nəzarəti idarəsi tərəfindən gələn sorğulara əsasən yoxlamanın aparılacağı obyektlərlə bağlı bölmə rəhbərinə məlumat verilməsi;
- Yeni açılan mağazaların təxliyyə planlarının təsdiq edilməsi üçün FHN-nin dövlət yanğın nəzarəti idarəsinə məktubla müraciət olunması;
- Baş vermiş qəza bədbəxt və ya digər fövqəladə halların qeydiyyatının aparılması, bölmə rəhbərinə məruzə edilməsi və.s.
Tələblər:
- Ali təhsil (müvafiq sahə üzrə arzu olunandır);
- Kargüzarlıq işlərində təcrübə və bacarıq;
- MS Office proqramlarında sərbəst iş bacarığı;
- Əməyin mühafizəsinə dair ilkin biliklər;
- Məsuliyyətlilik, operativlik, diqqətlilik.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- Əmək haqqı: 800 azn.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.