Qiymətli Kağızların təhlili üzrə mütəxəssis
Son tarix 07 fev 2022
Öhdəliklər:
-
Xarici Qiymətli Kağızlar bazarında emissiya edən qlobal şirkətlərin kredit riskinin müəyyən edilməsi üçün təhlillərin və araşdırmaların aparılması
-
Aparılan araşdırmalar və təhlillər əsasında potensial investisiyalar üzrə müvafiq rəyin (alış/satış/saxlanılma) verilməsi
-
Maliyyə bazarlarında baş verən tendensiyaların müşahidə edilməsi və mövcud investisiya portfelinin kredit riskinə təsirinin müəyyənləşdirilməsi
-
Qiymətli kağızların alğı-satqısı üzrə həyata keçirilən əqdlərin daxili qaydalara əsasən yoxlanılması və təsdiqlənməsi
-
İnvestisiya portfelinin inkişafı üzrə Bankın İnvestisiya Şöbəsinə dəstəyin verilməsi
Tələblər:
-
Ali təhsil (maliyyə/ iqtisadi)
-
Bloomberg Market Concept sertifikatının olması arzuolunandır
-
CFA və ya FRM sahəsində nailiyyətlər arzuolunandır
-
Qiymətli Kağızlar bazarına dair məlumatın olması
-
Araşdırma və analitik düşünmə bacarığı
-
Qərarvermə və kollektiv mühitdə işləmə qabiliyyəti
-
Bloomberg terminalı ilə tanışlıq
-
Təqdimatların hazırlanması
-
Bu səhədə iş təcrübəsinin olması arzuolunandır.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa elektron ünvanına “Qiymətli Kağızların təhlili üzrə mütəxəssis” başlığı ilə müraciət edə bilərsiniz.