İdeal Kredit BOKT
Daxili Nəzarət və Risklərin İdarə Edilməsi Şöbəsinin Mütəxəssisi
Son tarix 05 dek 2024 - [email protected]
İş haqqında məlumat:
- Şirkətin daxili proseslərin qanunvericiliyə uyğun olub-olmamasına dair yoxlamanı həyata keçirtmək və müvafiq hesabatlar hazırlanmaq;
 - Daxili tədqiqatların aparılması - daxili qayda, proses və siyasətlərin pozuntusu aşkar olunduqda səbəbləri araşdırmaq;
 - BOKT-nin fəaliyyətinə təsir edə biləcək potensial riskləri müəyyən etmək, qiymətləndirmək və prioritetləşdirmək;
 - Risk idarəetmə strategiyaları, siyasətlər və prosedurlar hazırlamaq, həyata keçirmək və təkmilləşdirmək;
 - Risk idarəetmə proseslərinin effektivliyini izləmək və hesabat vermək, həmçinin tənzimləyici tələblərə uyğunluğu təmin etmək;
 - Daimi risk qiymətləndirmələri aparmaq, yeni ortaya çıxan riskləri müəyyən etmək və onların aradan qaldırılması üçün təkliflərin hazırlamaq;
 - Əməkdaşlara potensial risklərlə bağlı daim məlumatlandırmaq.
 
Namizədə tələblər:
- Tələb olunan iş təcrübəsi: risk idarəetməsi, audit və ya müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
 - Lisenziya / Sertifikat: Komplayens, Risklər və ya Audit sahəsində sertifikatların mövcudluğu arzuolunandır;
 - Analitik düşüncə, problem həll etmə bacarığı, qərar qəbuletmə qabiliyyəti;
 - Etik və peşəkar davranış prinsiplərinə uyğunluq;
 - Yaxşı ünsiyyət və yazılı hesabat hazırlama bacarıqları;
 - Məsuliyyətli və dəqiq iş yanaşması;
 - Yeni risk idarəetmə metodologiyalarının öyrənilməsi və tətbiqi bacarığı.
 
Əmək haqqı – razılaşma yolu ilə


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







