Gədəbəy Mineral Suları MMC
Audit üzrə mütəxəssis
Son tarix 15 okt 2022 - [email protected]
Vəzi̇fə Öhdəli̇kləri̇:
- Şirkətin bölgələrdə olan satış mərkəzlərində və distribütorluqlarında mütəmadi yoxlamanı həyata keçirmək, satış nöqtələrində olan məhsulların son durumuna nəzarət etmək;
- Satış mərkəzlərində üzləşmələrin həyata keçirilməsi, əməkdaşlarının fəaliyyəti haqqında rəy bildirilməsi;
- Debitor və kreditor borc qalıqlarının təhlilinin aparılması, borcların geri alınması;
- Yoxlanışlar zamanı aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair qərarların həyata keçirilməsi barədə rəhbərliyə mütəmadi məlumat verilməsi;
- Bölgələrdə olan distribütorluq anbarlarında yoxlamaların aparılması, mal qalıqlarının zay məhsulların yoxlanılması və sayımın aparılması ;
- Nöqsanların aradan qaldırılması üçün tədbirlərin görülməsi, nöqsanların buraxılmaması üçün qabaqlayıcı tədbirlərin görülməsi barədə səmərəli təkliflərin verilməsi;
Qeyd: Satış mərkəzləri müxtəlif ərazidə olduğundan avtomobili olan namizədlərə üstünlük verilir.
Tələblər:
- Ali təhsil (maliyyə yönümlü)
- Sahə üzrə min. 2 il iş təcrübəsi;
- MS Office proqramları (Excel, ERP proqramla işləmə bacarığı)
- Yazılı hesabat tərtib etmək;
- Təhlil və analiz etmə qabiliyyəti;
- İşlə bağlı ölkə daxilində ezamiyyətə getməyə hazır olmaq;
- Sürücülük vəsiqəsi
İş Reji̇mi̇ və Di̇gər Şərtlər:
- Əmək haqqı: 700-1000 azn;
- İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
- İstirahət günləri: şənbə və bazar;
- İş yerinin ünvanı: Bakı şəhəri, Ziya Bünyadov pr. 20/61 Dərnəgül Tikinti Sənayesi
Müraciət etmək istəyən namizədlərdən CV-lərini e-mail ünvanına mövzu hissəsinə “ Audit üzrə mütəxəssis ” qeyd edərək göndərmələri xahiş olunur.