eManat
Məhsul sahibi
Son tarix 23 sen 2024 - Müraciət et
Namizədə qoyulan tələblər:
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Güclü empatiya və soft skill bacarıqları (komunikasiya və s.)
- Güclü liderlik və komanda ilə ünsiyyət bacarıqları;
- Problemləri həll etmə bacarığı (troubleshooting);
- Konfliktlərin idarəedilməsi;
- “Design thinking” üzrə biliklərə sahib olmaq;
- Agile mindset və metodologiyalar üzrə təcrübə;
- Güclü analitik və texniki bacarıqlar;
- JİRA, RedMine və s. müvafiq sistemlərdə işləmə təcrübəsi;
- Postman, SoapUI, REST üzrə biliklər arzuolunandır;
- Texniki sənədlərin tərtibi bacarığı;
- Word, Excel, PowerPoint bilikləri;
- Ali təhsil;
- Dil bilikləri:
- İngilis dili – B2 (Intermediate) ;
- Rus dili – B2 (Intermediate);
Namizədlərin nəzərinə: Müsahibə zamanı ilk öncə soft skill daha sonra isə hard skill dəyərləndiriləcək.
Vəzifə öhdəlikləri:
- Məhsulların inkişafı üzrə prosesə rəhbərlik etmək;
- Provayderlərin və ya xidmətlərin terminallara inteqrasiya olunması, mövcud xidmətlər üzrə dəyişiklik tələblərinin icra edilməsi üzrə işlərin Product Backlog-a daxil edilməsi və Product backlog-un idarə olunması;
- Müşahidə və araşdırmalar əsasında istifadəçi istək, tələb və vərdişlərini nəzərə almaqla texniki tapşırıq əsasında optimal, aydın və anlaşıqlı user story-lərin tərtib olunması;
- Maraqlı tərəflərin tələblərinin komanda üzvlərinə aydın şəkildə izah edilməsi;
- Məhsullarla bağlı yerinə yetirilməmiş işlərin siyahısını tərtib etmək, yeniləmək və prioritetləşdirmək;
- Məhsullarla bağlı gedişatı izləmək, qiymətləndirmək və qəbul testlərinin nəticəsini təsdiq etmək;
- Məhsulun hazırlanma prosesində hərtərəfli şəkildə istiqamət verməklə proqramçı və analitik komandalarına dəstək vermək;
- Relizlərin tərkibini və vaxtını planlaşdırmaq;
- Yayımlanan yenilik və dəyişikliklərlə bağlı məlumatları maraqlı tərəflərlə bölüşmək;
İş şəraiti:
- Ofis daxili;
- İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
- Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar yeməyinin təmin olunması;
- “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
Maraqlananlardan xahiş olunur, aşağıdakı linkə daxil olub, CV-nizi yönləndirəsiniz:
canscreen.io/vacancies/24