Diamed Co.
Beynəlxalq təchizat və araşdırma üzrə Mütəxəssislər
Son tarix 07 okt 2023 - [email protected]
Vəzifə və öhdəliklər:
- Rəhbərliyin tapşırığı əsasında Şirkətin fəaliyyət istiqamətinə uyğun materialların/xidmətlərin araşdırılması və təhlili
- Bazar araşdırması fəaliyyətinin effektiv şəkildə aparılması
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması və təhlili;
- Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması;
- Alınacaq məhsul və ya xidmətin keyfiyyət və kəmiyyət məsələlərinin həllinə dəstək göstərilməsi;
Tələblər:
- Ali təhsil;
- 25-45 yaş;
- Minimal iş təcrübəsi – 3-5 il;
- Detallı araşdırma və məlumatları analiz etmə bacarıqları
- Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
- Güclü kommunikasiya və təqdimat bacarığı;
- Azərbaycan və ingilis dillərində yüksək danışıq və yazı qabiliyyəti;
- İngilis dili biliyi əsas şərtdir (Səviyyə - Intermediate/ Upper Intermediate);
- Rus dili biliyi üstünlükdür ;
- MS Office (Word, Excel) yüksək səviyyədə bilmək;
*Əlavə dil bilikləri arzuolunandır.
İş şəraiti:
- İş rejimi: 6 günlük iş qrafiki
- İş saatları: 09:00-18:00
- İş ünvanı: Bakı ş.Həsən Əliyev 493
- Əmək haqqı: 700-800 Azn (başlanğıc)
Tələblərə uyğun şəxslər şəkilli CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Beynəlxalq təchizat və araşdırma üzrə Mütəxəssis” yazaraq göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.