Code Academy
Hüquqşünas
Son tarix 27 apr 2025 - Müraciət et
Təsvir:
Hüquqşünas rolunda siz şirkətimizin hüquqi proseslərinin əsas təminatçısı kimi çıxış edəcək, qanunvericiliyin tələblərinə uyğunluğunu təmin edəcək və struktur bölmələrinə hüquqi dəstək göstərəcəksiniz. Sizin əsas vəzifəniz hüquqi sənədlərin hazırlanması, müqavilələrin ekspertizası, hüquqi risklərin təhlili və şirkətin hüquqi maraqlarının qorunmasını təmin etməkdir.
Bu vəzifə üzrə əsas öhdəliklər bunlardır:
- Hüquqi sənədlərin hazırlanması, yoxlanılması və təsdiqlənməsi;
- Daxili struktur bölmələrindən daxil olan hüquqi sorğuların cavablandırılması;
- Müqavilələrin hüquqi ekspertizası və tərəfdaşlarla hüquqi danışıqların aparılması;
- Şirkətin fəaliyyətinə aid normativ-hüquqi bazanı izləmək və qanunvericilik dəyişiklikləri barədə rəhbərliyi məlumatlandırmaq;
- Hüquqi məsələlər üzrə araşdırmalar aparmaq və mübahisəli hallara dair hüquqi rəylər hazırlamaq;
- Məhkəmə, dövlət qurumları və digər təşkilatlarda şirkətin hüquqi maraqlarını təmsil etmək;
- Hüquqi hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Təhsil və Təcrübə:
- Hüquq üzrə bakalavr və ya magistr dərəcəsi;
- Hüquq sahəsində minimum 3 il iş təcrübəsi (konsaltinq şirkətlərində işləmək üstünlükdür).
Bacarıq və Səriştələr:
- Azərbaycan qanunvericiliyi (Mülki, inzibati, əmək, kommersiya və digər hüquq sahələri üzrə) dərin biliklərə malik olmaq və təfsir edə bilmək;
- Hüquqi problemləri müəyyən etmək, onların həlli yollarını təklif etmək və həyata keçirmək bacarığı;
- Hüquqi tədqiqatlar aparmaq, qanunvericilik aktlarını analiz etmək və şirkətin maraqlarına uyğun tətbiq etmək bacarığı;
- Hüquqi sənədlərin tərtibatında və hüquqi rəy verilməsində dəqiq və strukturlaşdırılmış yanaşma;
- Mükəmməl analitik düşüncə və güclü ünsiyyət bacarıqları;
- Qərarvermə və detallara diqqət etmək bacarığı.
Texniki Biliklər:
- Yüksək səviyyədə Azərbaycan dili, orta səviyyədə İngilis dili biliyi;
- MS Office proqramlarında sərbəst işləmə bacarığı.
İş qrafiki:
- 5 iş günü, 9:00 - 18:00
Vakansiya haqqında:
- Vakansiya növü Tam ştat