Best Food Catering MMC
Texnoloq (qida sənayesi)
Son tarix 12 may 2026 - [email protected]
Vəzifə öhdəlikləri
- İstehsalat prosesi zamanı texnoloji prosesin düzgün idarə olunması və bu texnoloji prosesdən kənarlaşma hallarının olmaması üçün prosesə nəzarət etmək;
- İşçilərin istehsal prosesini daha da dərindən öyrənməsi üçün onlarla qarşılıqlı əməkdaşlıq etmək;
- İstehsalat dayanmalarını analiz etmək, boş dayanmaların, məhsulun keyfiyyətini aşağı salan faktorların araşdırılması və aradan qaldırılmasını həyata keçirmək;
- İstehsalatda istifadə olunan xammal və materialların düzgün təyin olunmuş norma daxilində istifadə edilməsinə nəzarət etmək;
- Yeməklərin kalkulyasiya cədvəllərinin və texnoloji-texniki kartların hazırlanması;
- Məhsulun maya dəyərinin hesablanması və yeni yemək reseptlərinin hazırlanmasında iştirak;
- Hazır yeməklərdə zülal, yağ və karbohidratların nisbətinin müəyyənləşdirilməsi;
- Nəzarət prosedurlarının təşkili;
- İnventarlaşdırma prosesində iştirak və mal-material ehtiyatlarının normativ göstəricilərinə nəzarət, məhsulun silinməsi üzrə nəzarət tədbirlərinin həyata keçirilməsi;
- Sanitariya və gigiyena tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə müvafiq nəzarət orqanları ilə əlaqələrin qurulması;
- Hazır yeməyin keyfiyyətinə dair nəzarətin həyata keçirilməsi;
- İctimai yemək bazarındakı yeni meyllərin təhlili və bu meyllərə uyğun iş prosesinin koordinasiyası.
Namizədə dair tələblər:
- Ali texniki təhsil (qida məhsullarının emalı);
- Sahə üzrə minimum 3 - 5 il iş təcrübəsi;
- MS Office proqramları üzrə bilik;
- Azərbaycan dilində səlis danışıq (Rus və İngilis dili bilən namizədlər arzuolunandır);
- İctimai yemək sahəsində hüquqi tənzimləmə haqqında biliklər;
- Texnoloji prosesin təşkili prinsiplərinin və prosedurlarının bilikləri;
- İctimai yemək məhsullarının resepturası və texnologiyası, menyu tərtib etmə qaydaları, xammalın itki və tullantılarının normalarının müəyyən edilməsi metodikası, həmçinin məhsulların əvəzlənməsi və yeməklərin uyğunluğu haqqında biliklər;
- Yarımfabrikatların, yeməklərin və kulinariya məhsullarının keyfiyyətinə dair tələblərin bilikləri;
- İctimai yemək məhsullarının orqanoleptik qiymətləndirilməsi və brakerajın aparılması qaydaları haqqında biliklər.
İş şəraiti
- Əmək haqqı: müsahibə nəticəsində
- İş qrafiki: 6 günlük
- Əmək haqqı: 1000 AZN
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya əlaqə nömrəsinə göndərmələri xahiş olunur.
Əlaqə məlumatları: +994 10 311 41 52 – Alisa xanım.














