Bu gün Azərbaycanın bəzi banklarının kart əməliyyatlarında və tətbiqlərinin fəaliyyətində problmelər müşahidə olunur.
FED.az xəbər verir ki, bu hallar «Rabitəbank», ABB Bank, «Assesbank», "Expressbank" və "Bank Respublika"nın əməliyyatlarında müşahidə edilib.
Banklar bununla bağlı müştərilərinə müvafiq bildiriş xəbərdarlığı ediblər.
"Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş verib. Problem yaxın zamanda aradan qaldırılacaq və həmin vəsaitlər bank hesablarına bəopa olunacaq. Anlayışınız üçün təşəkkür edirik!" – deyə ABB Bank məlumat yayıb.
"Expressbank"ın məlumatında da kart əməliyyatları ilə bağlı problemin qısa zamanda həll ediləcəyi bildirilib.
Analoji mesajı «Accecbank» da müştərilərinə ünvanlayıb. "Dəyərli müştəri, texniki çətinliklərlə əlaqədar kart əməliyyatları müvəqqəti olaraq əlçatan olmayacaq. Anlayışınız və səbriniz üçün təşəkkür edirik!"-deyə "AccessBank"dan bildirilib.
Eyni zamanda «Rabitəbank»ın tətbiqində də problem yaranıb – bank tətbiqdə xəta baş verdiyini və tezliklə aradan qaldırılacağını bildirib. «Texniki nasazlıq səbəbilə mobil tətbiqin fəaliyyətində problemlər müşahidə olunur. Ən qısa vaxtda həll üçün çalışırıq anlayışınız üçün təşəkkür edirik»-deyə «RabitəBank»ın texniki komandası müştərilərə vəziyyəti izəh edib.
Analoji vəziyyət «Bank Respublika» kartlarında da müşahidə olunub: «Dəyərli müştəri, bankdan kənar, üçüncü tərəfdə yaranmış tiexniki problem səbəbindən bəzi kart istifadəçilərində vəsait silitnməsi halları müşahidə olunur. Problemin aradan qaldırılması istiqamətində işlər aparılır və qısa zamanda həll olunacaq. Anlayışla qəbul etdiyiniz üçün təşəkkür edirik»-deyə «Bank Respublika»nın müştərilərə açıqlamasında bildirilir.
*****
Azərikard Prosessinq Mərkəzi iyunun 24-də xidmət göstərdiyi bəzi bankların müştərilərinin kart hesablarında yaranmış problemlə bağlı açıqlama verib.
FED.az xəbər verir ki, Mərkəzin məlumatına görə, problem banklararası hesablaşma fayllarının emalı zamanı "Azərikard"dan asılı olmayan texniki səbəbdən yaranmış təkrarlanmalarla əlaqədar baş verib.
Bildirilib ki, təkrarlanmış əməliyyatların ləğvi prosesi həyata keçirilir və kart hesabları mərhələli şəkildə bərpa olunur.
"Məsələ yaxın zamanlarda tam həllini tapacaq", - deyə açıqlamada qeyd olunub.















