"Mərkəzi Bank sığorta vasitəçilərini daha peşəkar səviyyəyə gətirmək istəyir və onlar üçün əlavə tələblər irəli sürüləcək".
Azərbaycanda işsizlikdən sığorta təminatı verən - Kredit sığortası hazırlanıb
Bu sözləri 11-ci "Azərbaycan Beynəlxalq Sığorta Forumu" çərçivəsində FED.az biznes və maliyyə xəbərləri portalına açıqlamasında Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Abbas Miskərli deyib.
Onun sözlərinə görə, sığorta vasitəçilərinin işi bir tərəfdən asanlaşır:
"Məsələn sığorta agentləri əvvəllər məcbur lisenziya almalı idi və lisenziyasız bu istiqamətdə fəaliyyət göstərmək mümkün deyildi. Bu qanunvericilik təsdiqlənəndən sonra bir sıra agentlər avtomatik olaraq, yəni, sığorta lisenziyasız fəaliyyətini davam eləyə biləcək. Onlar sadəcə sığorta şirkəti ilə birbaşa müqavilə bağlayacaq və onlara artıq cavabdeh sığorta şirkəti olacaq".
Abas Miskərli bildirib ki, müstəqil şəkildə işləmək istəyən sığorta vasitəçiləri, onlar üçün tələblər bir az artacaq:
"Yəni, nizamnamə kapitalı tələbi irəli sürüləcək treyninq tələbləri qoyulacaq və əlavə olaraq imtahanlar qoyulacaq. İmtahanlar indi də var, amma yəqin ki, imtahanların sayı artacaq. Lisenziya almaq üçün yox, lisenziya üçün imtahan fərqlidir. Amma bu istiqamətdə çalışmaq üçün və peşəkar olmaq üçün imtahanlar, yəni treyninqlər olmalıdır, bu tələb qoyulacaq. Nizamnamə kapitalının məbləği hələ ki, bəlli deyil".
"Bununla peşəkar agentlər işini daha peşəkar səviyyədə quracaqlar. Nizamnamə kapitalı qoymaq istəməyən və ya buna imkanı çatmayan agentlər sığorta şirkəti ilə birbaşa müqavilə bağlayaraq rahat şəkildə fəaliyyət göstərə biləcəklər. Və bizim fikrimizcə, bu əksinə, sığorta vasitəçilərinin sayında artım göstərəcək", - deyə o, bildirib.
















