ABŞ və İran arasındakı razılaşmalar və bölgədə sülh proseslərinin möhkəmlənməsi neftin qiymətinin daha da ucuzlaşmasına səbəb olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, iyunun 24-də neftin qiyməti növbəti dəfə azalaraq ABŞ və İsrailin İrana höcumundan əvvəlki qiymətdən də aşağı düşüb.
Belə kİ, bu gün Londonda Brent markalı neftin qiyməti 3,66 dollar və ya 4,75% ucuzlaşaraq 73 dollara enib.
WTI nefti isə 3 dollar və ya 4,2% ucuzlaşaraq 70 dollara enib.
Azərbaycan nefti də ucuzlaşmaqdadır, iyunun 23-də keçirilən hərraclarda Azeri light markalı neft fevraldan bəri ilk dəfə olaraq 80 dollardan aşağı düşüb.














