Xəbər verildiyi kimi, bu gün iyunun 24-də bəzi bankların kartlarında yaranmış problem həll edilib.
Bəzi bankların kart və tətbiqlərində problem yaranıb – AÇIQLAMALAR - YENİLƏNİB
"Azərikard" kart hesablarındakı problemlə bağlı açıqlama yayıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı açıqlama yayıb.
AMB elan edib ki, bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi ilə bağlı texniki nasazlıq aradan qaldırılıb.
"İyunun 24-də “Azərikard” MMC-yə üzv olan bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsi ilə bağlı bildirilir ki, sözügedən insident hər hansı kibermüdaxilə və ya dələduzluq halları ilə bağlı deyil, texniki səbəblərdən baş verib"-deyə AMB bildirib.
Mərkəzi Bank bildirb ki, əhalinin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş sistemlərinin, eləcə də ölkədə fəaliyyət göstərən prosessinq mərkəzlərinin və kommersiya banklarının informasiya sistemləri və ödəniş infrastrukturunun sabitliyi, davamlılığı və etibarlılığı ilə əlaqədar hər hansı çətinlik müşahidə olunmur.
“Qeyd olunan texniki nasazlıq aidiyyəti üzrə artıq aradan qaldırılıb. Bank xidmətləri müştərilərindən yalnız rəsmi mənbələrdə əks etdirilən məlumatlara istinad edilməsi xahiş olunur”, - deyə Azərbaycan Mərkəzi Bankının açıqlamasında qeyd edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bundan əvvəl vəziyyətlə bağlı «Azərikard» Proosessinq Mərkəzi də açıqlama yayıb.
Açıqlamada deyilir ki, bank kartlarında müşahidə olunan problem aradan qaldırılıb, kartlardan silinən vəsaitlər geri qaytarılıb.
«24 iyun 2026-cı il tarixində bəzi bank müştərilərinin kart hesablarında yaranmış vəziyyət tam olaraq aradan qaldırılıb.
Problemin operativ şəkildə aradan qaldırılması və müştərilən hesablarının bərpası istiqamətində Azərikard Prosessinq Mərkəzi zəruri tədbirlərin həyata keçirilməsini təmin edib.
Anlayış və əməkdaşlığa görə təşəkkür edirik»-deyə «Azərikard»ın açıqlamasında bildirilir.
*****
Bu gün Azərbaycanın bəzi banklarının kart əməliyyatlarında və tətbiqlərinin fəaliyyətində problmelər müşahidə olunur.
FED.az xəbər verir ki, bu hallar «Rabitəbank», ABB Bank, «Assesbank», "Expressbank" və "Bank Respublika"nın əməliyyatlarında müşahidə edilib.
Banklar bununla bağlı müştərilərinə müvafiq bildiriş xəbərdarlığı ediblər.
"Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş verib. Problem yaxın zamanda aradan qaldırılacaq və həmin vəsaitlər bank hesablarına bəopa olunacaq. Anlayışınız üçün təşəkkür edirik!" – deyə ABB Bank məlumat yayıb.
"Expressbank"ın məlumatında da kart əməliyyatları ilə bağlı problemin qısa zamanda həll ediləcəyi bildirilib.
Analoji mesajı «Accecbank» da müştərilərinə ünvanlayıb. "Dəyərli müştəri, texniki çətinliklərlə əlaqədar kart əməliyyatları müvəqqəti olaraq əlçatan olmayacaq. Anlayışınız və səbriniz üçün təşəkkür edirik!"-deyə "AccessBank"dan bildirilib.
Eyni zamanda «Rabitəbank»ın tətbiqində də problem yaranıb – bank tətbiqdə xəta baş verdiyini və tezliklə aradan qaldırılacağını bildirib. «Texniki nasazlıq səbəbilə mobil tətbiqin fəaliyyətində problemlər müşahidə olunur. Ən qısa vaxtda həll üçün çalışırıq anlayışınız üçün təşəkkür edirik»-deyə «RabitəBank»ın texniki komandası müştərilərə vəziyyəti izəh edib.
Analoji vəziyyət «Bank Respublika» kartlarında da müşahidə olunub: «Dəyərli müştəri, bankdan kənar, üçüncü tərəfdə yaranmış tiexniki problem səbəbindən bəzi kart istifadəçilərində vəsait silitnməsi halları müşahidə olunur. Problemin aradan qaldırılması istiqamətində işlər aparılır və qısa zamanda həll olunacaq. Anlayışla qəbul etdiyiniz üçün təşəkkür edirik»-deyə «Bank Respublika»nın müştərilərə açıqlamasında bildirilir.
*****
Azərikard Prosessinq Mərkəzi iyunun 24-də xidmət göstərdiyi bəzi bankların müştərilərinin kart hesablarında yaranmış problemlə bağlı açıqlama verib.
FED.az xəbər verir ki, Mərkəzin məlumatına görə, problem banklararası hesablaşma fayllarının emalı zamanı "Azərikard"dan asılı olmayan texniki səbəbdən yaranmış təkrarlanmalarla əlaqədar baş verib.
Bildirilib ki, təkrarlanmış əməliyyatların ləğvi prosesi həyata keçirilir və kart hesabları mərhələli şəkildə bərpa olunur.
"Məsələ yaxın zamanlarda tam həllini tapacaq", - deyə açıqlamada qeyd olunub.






![[red]«Bank kartlarındakı problem həll olunub, pullar geri qaytarılıb» – RƏSMİ AÇIQLAMA - FOTO[/red] | FED.az](upload/news/small/111465.jpg)
![[red]«Bank kartlarındakı problem həll olunub, pullar geri qaytarılıb» – RƏSMİ AÇIQLAMA - FOTO[/red] | FED.az](upload/news/small/2126130.jpg)










