Norm OJSC
Layihə Rəhbəri
Son tarix 07 iyl 2026 [email protected]
Hazırda şirkətimizə Sement ÜyütməTerminalının tikintisi və istismara verilməsi layihəsi üçün Layihə Rəhbəri axtarılır.
Tələblər:
- Mühəndislik və ya əlaqəli texniki ixtisas üzrə ali təhsil;
- Layihələrin idarə olunması sahəsində minimum 10 il iş təcrübəsi, o cümlədən ən azı 5 il rəhbər vəzifədə təcrübə;
- Ağır sənaye, istehsalat və ya EPC/EPCM layihələrinin idarə olunması üzrə təcrübə;
- Sement istehsalı və ya tikinti materialları sənayesində müvafiq iş təcrübəsinə malik olmaq üstünlükdür;
- Layihənin bütün mərhələləri üzrə (layihələndirmə, satınalma, tikinti, istismara vermə və işə salma) praktiki təcrübə;
- PMP (PMI) və ya PRINCE2 Practitioner sertifikatına malik olmaq;
- EPC, EPCM, Lump Sum və Reimbursable müqavilə modelləri üzrə biliklər;
- FIDIC və ya NEC müqavilə şərtləri üzrə biliklər;
- MS Project və/və ya Primavera P6 proqramlarında işləmək bacarığı;
- MS Excel və layihə hesabatlılığı alətləri üzrə biliklər;
- Əməyin mühafizəsi və sənaye təhlükəsizliyi sistemləri üzrə biliklər;
- İngilis dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Güclü liderlik, analitik düşünmə və qərarvermə bacarığı.
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
- Bütövlük
- Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
- Layihələrin planlaşdırılması, icrası, monitorinqi və uğurla tamamlanmasına rəhbərlik etmək;
- Layihənin əhatə dairəsini, məqsədlərini, büdcəsini və vaxt qrafikini müəyyən etmək və idarə etmək;
- Layihə icra planlarının, risk reyestrlərinin və resurs planlarının hazırlanmasını və icrasını təmin etmək;
- Layihə büdcəsinə, qrafikinə və keyfiyyət tələblərinə riayət olunmasına nəzarət etmək;
- Satınalma strategiyalarının hazırlanmasına, tender və müqavilə proseslərinin idarə olunmasına rəhbərlik etmək;
- Podratçılar, təchizatçılar və digər maraqlı tərəflərlə münasibətləri idarə etmək;
- Layihə risklərini müəyyən etmək, qiymətləndirmək və risklərin azaldılması tədbirlərini həyata keçirmək;
- Layihələrin icra vəziyyəti ilə bağlı rəhbərliyə müntəzəm hesabatlar və təqdimatlar hazırlamaq;
- Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ətraf mühit tələblərinə uyğunluğu təmin etmək;
- Çoxfunksiyalı layihə komandalarına rəhbərlik etmək, onların fəaliyyətini əlaqələndirmək və inkişafını dəstəkləmək;
- Layihələrin istismara verilməsi, yekun təhvil-təslim və bağlanma proseslərini idarə etmək.
Biz nə təklif edirik:
- Könüllü tibbi sığorta
- İş yerinə çatdırılma
- Şəxsi və peşəkar inkişaf imkanları
- İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
- İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
- Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
















