Mərakeşin paytaxtı Rabat şəhərində keçirilən tədbirdə tütün zərərlərinin azaldılması, elmə əsaslanan innovasiyalar və nikotinin ictimai səhiyyədə rolu müzakirə olunur.
FED.az xəbər verir ki, tədbirdə Philip Morris International (PMİ) Kommunikasiya və İctimai Əlaqələr üzrə vitse-prezidenti Tommaso Di Giovanni açılış nitqi ilə çıxış edir. Çıxışda elmə əsaslanan innovasiyaların, xüsusilə Afrika ölkələrində ictimai səhiyyə sahəsində irəliləyişə və daha effektiv tənzimləmə siyasətlərinin formalaşmasına necə töhfə verə biləcəyi barədə fikir mübadiləsi aparılir.
“İddialı baxışdan konkret nəticələrə” adlı panel sessiyasında Mərakeşdə, Şimali Afrikada və bütövlükdə qitədə tüstüsüz gələcəyə keçid prosesinin sürətlənməsi, innovativ və elmi əsaslı alternativlərin tütünün zərərlərinin azaldılmasındakı rolu müzakirə olunacaq. Paneldə Tommaso Di Giovanni və PMI-nin Məğrib regionu üzrə Baş direktoru Taylan Süer iştirak edəcəklər. Sessiyaya mərakeşli televiziya jurnalisti Khadija Ihssan moderatorluq edir.
Proqramın növbəti hissəsində “Nikotinin anlaşılması” mövzusunda müzakirə keçiriləcək. Sessiyada nikotinlə bağlı mövcud stereotiplər, elmi sübutlara əsaslanan yanaşmalar və daha düzgün məlumatlandırmanın ictimai səhiyyə sahəsində mümkün təsirləri diqqət mərkəzində olacaq.
Müzakirənin əsas məruzəçisi Pierre və Marie Curie Universitetinin onkologiya professoru David Khayat olacaq. Sessiyanı isə PMI-nin Cənub-Şərqi Asiya, Afrika və Yaxın Şərq regionu üzrə Elmi İşlər direktoru Dr. Tomoko Iida idarə edəcək.





![PMI Rabatda tütün zərərlərinin azaldılması və nikotinin rolu ilə bağlı tədbir keçirir - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/4167514.jpeg)
![PMI Rabatda tütün zərərlərinin azaldılması və nikotinin rolu ilə bağlı tədbir keçirir - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/3494966.jpeg)
![PMI Rabatda tütün zərərlərinin azaldılması və nikotinin rolu ilə bağlı tədbir keçirir - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/2322202.jpeg)
![PMI Rabatda tütün zərərlərinin azaldılması və nikotinin rolu ilə bağlı tədbir keçirir - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/3133337.jpeg)
![PMI Rabatda tütün zərərlərinin azaldılması və nikotinin rolu ilə bağlı tədbir keçirir - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/3211722.jpeg)
![PMI Rabatda tütün zərərlərinin azaldılması və nikotinin rolu ilə bağlı tədbir keçirir - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/3045153.jpeg)









