Yanvar-may ayları üzrə Azərbaycanın sığorta bazarının vəziyyəti açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri AMB-nin açıqladığı statistikaya istinadən portalı xəbər verir ki, 2026-cı ilin ilk 5 ayında Azərbaycanın sığorta bazarında 732 milyon 633 min manat sığorta haqqı toplvnıb, 409 milyon 636 min manat sığorta ödənişi edilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə sığorta yığımları 13 280 min manat və ya 1,8% artıb. Sığorta ödənişləri isə 94 milyon 848 min manat və ya 30% böyüyüb.
Xatırladaq ki, 2025-ci ilin yanvar-may aylarında ölkə üzrə 719,3 milyon manat sığorta haqqı toplanıb, 314,8 milyon manat ödəniş edilib.
Bu dövrdə sığorta yığımlarının 614 milyon 555 min manatı və ya təqribən 84%-i könüllü sığortaların, 118 milyon 078 min manat və ya bütün yığımların təqribən 16%-i icbari sığortaların payına düşüb.
2025-ci ilin eyni dövrü ilə müqayisədə, könüllü sığorta haqlarında 66,4 milyon manat və ya 12% artım olub. İcbari sığorta yığımları isə əksinə, azalıb – 2025-ci ilin eyni dövrü ilə müqayisədə icbari sığorta üzrə yığımlar 53 milyon manat və ya 31% azavlıb.
Sığorta ödənişlərində könüllü sığortaların payı 343,7 milyon manat (bütün ödənişlərin – 84%-i), icbari sığortaların payı isə 66 milyon manat və ya 16% təşkil edib.
Ötən ilə nisbətən könüllü sığortada ödənişlər 86,3 milyon manat və ya 34% artıb, icbari sığortada isə sığorta ödənişlərində 8,5 milyon manat və ya 15% artım qeydə alınıb.
















