Tütün məhsullarının zərərinin azaldılması ilə bağlı yanaşma son onilliklər ərzində beynəlxalq təşkilatların sənədlərində və hesabatlarında öz əksini tapıb.
FED.az xəbər verir ki bunu Philip Morris şirkətinin vitse-prezidenti Tommazo di Ciovanni geniş təqdimatında bildirib. Onun sözlərinə görə, 1997-ci ildə BMT-nin tütün və sağlamlıq məsələləri üzrə əlaqələndirici qurumu bəyan edib ki, tütün məhsullarının toksikliyinin azaldılması istiqamətində bütün mümkün səylər göstərilməlidir. "Həmin dövrdə əsas diqqət tütün istifadəsinin yaratdığı sağlamlıq risklərinin minimuma endirilməsinə yönəldilmişdi. 2001-ci ildə ABŞ Tibb İnstitutunun (Institute of Medicine) hazırladığı “Clearing the Smoke: Assessing the Science Base for Tobacco Harm Reduction” adlı hesabat dərc olunub. Hesabatda tütün zərərinin azaldılması konsepsiyasının elmi əsasları araşdırılıb və bu istiqamətdə mövcud yanaşmalar təhlil edilib".
T.Ciovanni 2015-ci ildə isə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) nikotinin qlobal tənzimlənməsinin əsas məqsədlərindən birinin daha yüksək toksikliyə malik məhsulların istifadəsinin azaldılması və alternativ məhsulların inkişafının təşviq edilməsi olduğunu bildirib. "Beləliklə, son 30 ilə yaxın müddətdə beynəlxalq təşkilatlar tərəfindən tütün məhsullarının zərərinin azaldılması konsepsiyası müxtəlif sənədlərdə və araşdırmalarda müzakirə olunaraq qlobal səhiyyə gündəliyinin mühüm istiqamətlərindən birinə çevrilib".














