"Avtoicbari sığortanın penetrasiya (Sığorta sahəsində penetrasiya bazara nüfuzetmə, yayılma səviyyəsi deməkdir - red FED.az) səviyyəsi Azərbaycanda 100 faizə yaxındır. Yəni əhalinin sığorta ilə tanışlığı bir növ icbari sığorta vasitəsilə başlayır".
Təcili: Sığorta agentləri üçün mühüm yenilik - LİSENZİYA TƏLƏBİ LƏĞV EDİLİR - EKSKLÜZİV
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının baş direktoru Vüsal Qasımlı 11-ci "Azərbaycan Beynəlxalq Sığorta Forumu" çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Amma kasko sığortası ilə yanaşı bu xidmətlər də, yəni nəqliyyat vasitəsinin özünə dəyən zərərlərdə və yaxud sərnişinlərə, sürücüyə dəyən zərərlərdə, həmçinin üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortasında — harada ki, avtoicbari sığortanın limitlərinin, yəni sığorta məbləğlərinin yuxarı üst hədləri olaraq belə xidmətlər təklif olunur. Beynəlxalq təcrübədə bu mövcuddur və eyni qaydada biz də bunu beynəlxalq təcrübəyə uyğun olaraq yeni standartlarla tənzimləmişik", deyə Vüsal Qasımlı bildirib.
Baş direktor bildirib ki, könüllü sığorta növlərinin beynəlxalq təcrübədə olan standartlara uyğunlaşdırılmasına başlanılıb:
"Ən birincisi kasko sığortası, yəni avtomobilin özünün zərərə qarşı sığortası, onun içində oturan sərnişinlərin fərdi qəza sığortası və üçüncü şəxslər qarşısında könüllü mülki məsuliyyətin sığortasıdır. Onlar bir məhsul olaraq vətəndaşlara təqdim olunur və biz bunları bəlli qaydalarla artıq tənzimlədik. Yaxında bununla bağlı ictimaiyyətə açıqlamalar verəcəyik.
Kasko sığortası könüllü sığortadır və sığorta şirkəti orada nəqliyyat vasitəsinin zərərə uğraması ilə bağlı bəlli bir öhdəlik götürür. Burada xidmət səviyyəsinin artırılması ilə bağlı müəyyən elementlərə ehtiyac var idi".
















