Bank Respublika ASC
Aparıcı/Baş IOS Developer
Son tarix 16 okt 2023 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Bankın mövcud layihələrində iştirak və hazır sistemlərə yeni funksionalın əlavə edilməsi;
- Yeni proqramların yaradılması.
Namizədə qarşı tələblər:
- IOS proqramlaşdırma üzrə minimum 3 il iş təcrübəsi;
- Swift üzrə dərin biliklər;
- Kod ilə UIKit-də mürəkkəb interfeyslərin hazırlanmasında geniş təcrübə malik olmaq (SwiftUI bilmək üstünlükdür);
- MVC, MVVM arxitekturaları ilə geniş praktiki təcrübə (digər arxitekturalar üzrə də təcrübəyə malik olmaq üstünlükdür);
- Fərqli design pattern-lərdən istifadə üzrə təcrübə;
- RxSwift və ya Combine üzrə iş təcrübəsi arzuolunandır;
- Unit və UI testlərin yazılmasında təcrübə;
- IOS-da multithreading ilə təcrübə, thread-lər ilə rahat işləmək bacarığı;
- REST API və JSON struktur ilə iş təcrübəsi;
- CI/CD ilə iş təcrübəsi (sıfırdan CI/CD pipeline qurulmasında təcrübənin olması üstünlükdür);
- Cocoapods, SPM ilə sərbəst işləyə bilmək;
- GİT ilə geniş təcrübə;
- Apple Human interface guidelines haqqında biliklər;
- OOP, SOLID prinsipləri üzrə dərin biliklər;
- Tapşırığın vaxtında və düzgün həlli üçün analitik yanaşma bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində IOS developer qeyd edərək 15 oktyabr 2023-cü il tarixinədək elektron ünvanına göndərə bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Texniki dəstək üzrə mütəxəssis (İT Help desk)
Son tarix 16 okt 2023 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Bankın biznes prosesləri zamanı daxili istifadəçilərin istifadə etdiyi proqram təminatı ilə bağlı yaranmış sorğuların qəbul edilməsi;
- “Service Desk” vasitəsi ilə qeydiyyata alınan bütün sorğuların vaxtında cavablandırılması və icrası;
- İnformasiya texnologiyaları istiqamətində texniki problemlərlə bağlı daxil olan müraciətlərin qəbulu, təhlili və həllinə dəstəyin göstərilməsi;
- Avadanlığın və proqram təminatının quraşdırılması, yoxlanılması və konfiqurasiyası.
Namizədə qarşı tələblər:
- Ali təhsil (İnformasiya texnologiyaları sahəsi üzrə arzuolunandır);
- Aidiyyəti sahə üzrə minimum 1 il iş təcrübəsi mütləqdir (Bank sahəsi üzrə təcrübə arzuolunandır);
- Kibana-da xətalarla bağlı sorğuların axtarışı və loglardan istifadə qaydası haqqında biliklər;
- Grafana, PRTG, Sentry monitoring alətlərlə işləmək bacarığı;
- Microsoft Active Directory & Group Policy üzrə biliklər;
- Windows 10 əməliyyat sistemi ilə bağlı biliklər;
- Şəbəkə və onun iş prinsipi ilə bağlı anlayışlar;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları;
- Analitik düşüncə qabiliyyəti;
- Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həll etmə bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissədə Texniki dəstək üzrə mütəxəssis (İT Help desk) qeyd edərək 15 oktyabr 2023-cü il tarixinədək elektron ünvanına göndərə bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Bank Respublika ASC
Problemli istehlak kreditləri ilə iş üzrə mütəxəssis
Son tarix 30 sen 2023 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Təhkim edildiyi filialların problemli kreditlər üzrə müştərilərilə işi təşkil etmək;
- Problemli kreditlər üzrə müştərilər və onların ailə üzvləri ilə görüşləri təşkil etmək;
- Məhkəməyə qədər borcu qaytarmayan müştərilərin faktiki yaşayış ünvanlarını müəyyən etmək;
- Problemli kreditlər üzrə müştərilərlə aparılan işlər üzrə müvafiq hesabat cədvəlində qeydlər aparmaq.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Problemli kreditlər üzrə müştərilərlə iş üzrə minimum 1 il təcrübə;
- Kreditləşmə, maliyyə və hüquq sahəsində təcrübəsi olanlara üstünlük verilir;
- Dil bilikləri: Azərbaycan dili əla, Rus dili yaxşı səviyyədə arzuolunandır;
- MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
- Məsuliyyətlilik, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 29 sentyabr 2023-cü il tarixinədək emailin mövzu hissəsində Problemli istehlak kreditləri ilə iş üzrə mütəxəssis qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.