Bank of Baku
Kadr işinin təşkili bölməsinin eksperti
Son tarix 30 iyl 2026 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Əməkdaşların şəxsi işlərinin davamlı aparılmasını təşkil edir;
- Hər ilin əvvəlində işçilərin məzuniyyət cədvəlinin tərtib edilməsini təmin edir, işçilərin ərizələri əsasında məzuniyyət əmrlərini hazırlayır, aidiyyatı əməkdaşlara /struktur bölmələrə göndərir və il ərzində məzuniyyətlərin verilməsi uçotunun cədvələ əsasən aparılmasını həyata keçirir;
- Ezamiyyələrin rəsmiləşdirilməsi və qeydiyyatını həyata keçirir;
- İş vaxtının qeydiyyat tabelinin hazırlanması və gündəlik aparılmasını həyata keçirir;
- İşçilərin sosial sığortasına aid lazımi sənədlərin hazırlanmasında birbaşa rəhbərinə köməklik göstərir;
- Birbaşa rəgbərinini göstərişi ilə banka aidiyyatı olan şəxslərin siyahısının hazırlanmasını və vaxtaşırı yenilənməsini həyata keçirir;
- Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir;
- Bilavasitə rəhbəri və sahə rəhbərinin əmək müqaviləsi, departamentin Əsasnaməsi və fəaliyyətinə dair digər bankdaxili korporativ aktların vəzifə öhdəliklərinə aid olan göstərişlərindən irəli gələn tapşırıq və sərəncamlarını yerinə yetirir
Tələblər:
- Azərbaycan - Mükəmməl
- Rus – Orta
- MS Office (MS Excel xüsusilə) – Yüksək
- Sahə üzrə iş təcrübəsi:1-2 il
- Ali təhsil – bakalavriat
- Əmək qanunvericiliyini yüksək səviyyədə bilməli
- ƏMAS sistemində işləmə bacarığı
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.
PL/SQL developer, Kredit məhsullarının inkişafına dəstək bölməsinin eksperti
Son tarix 30 iyl 2026 Müraciət et
Vəzifə öhdəlikləri:
- Verilmiş texniki tapşırıq əsasında sadə və orta mürəkkəblikdə PL/SQL prosedurlarının, funksiyaların, triggerlərin və paketlərin hazırlanmasında iştirak edir;
- Verilənlər bazasına sorğular yazır, məlumatların daxil edilməsi, saxlanması, emalı və çıxarılması ilə bağlı texniki həllərin hazırlanmasında dəstək verir;
- Hazırlanmış proqram modullarının ilkin testlərini aparır, test nəticələrini sənədləşdirir və aşkar edilmiş səhvlərin aradan qaldırılmasında iştirak edir;
- Proqramların texniki və istismar sənədlərinin hazırlanmasında iştirak edir;
- Verilənlər bazasında yaranan problemləri analiz etməkdə və onların aradan qaldırılmasında təcrübəli əməkdaşlara dəstək verir;
- Rəhbərliyin göstərişlərinə əsasən proqram təminatının sazlanması və yenilənməsi işlərində iştirak edir;
- Məlumat bazası strukturuna (cədvəllər, view-lar, indekslər və s.) uyğun kodların yazılmasında komanda ilə birgə çalışır;
- Proqram təminatının müşayiətində və istifadəçilərin suallarının cavablandırılmasında iştirak edir;
- İcra etdiyi tapşırıqlarla bağlı gündəlik və ya həftəlik hesabatlar təqdim edir.
Tələblər:
Kompüter biliyi
- Oracle SQL - Yüksək
- PL SQL - Yüksək
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.
















