Bank of Baku
İstehlakçılarla işin təşkili bölməsinin kiçik ekpserti
Son tarix 18 mar 2026 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Banka daxil olan şikayət, ərizə və təkliflərin baxılması, araşdırılması və cavablandırılmasını həyata keçirir;
- Müraciətlərin araşdırılması məqsədilə aidiyyəti struktur bölmələrlə operativ məlumat mübadiləsi aparır, sorğular verir, aidiyyəti sənədləri tələb edir, onlardan yazılı və şifahi arayışlar və məlumatlar alır;
- Müraciətin xarakterindən asılı olaraq, istehlakçılarla şifahi danışıqlar aparılması və görüşlər təşkil edilməsi, məsləhət və izahatlar verilməsini təmin edir;
- İstehlakçılardan daxil olan müraciətlərin araşdırılması istqiamətində tədbirlər həyata keçirilməsi və Bankda yaradılmış xüsusi bölməyə daxil olan müraciətlərin reyestrdə qeydiyyatının aparılması;
- Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir;
- Bilavasitə rəhbəri, sahə rəhbəri və İdarə Heyətinin sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əssnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.
Tələblər:
- Ali təhsil
- İş təcrübəsi tələb olunmur
- Problem həll etmə və analiz bacarıqları;
- Məsuliyətlilik, diqqətlilik.
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Könüllü tibbi sığorta;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.
1 saylı İstehlak kreditləri bölməsinin kiçik eksperti - Bakı
Son tarix 18 mar 2026 Müraciət et
Vəzifə öhdəlikləri:
- Bankın daxili qaydalarına əsasən müəyyən olunmuş limitlər çərçivəsində müraciət olunmuş ərizələrin və müraciətlərin təhlilində iştirak edir, həmçinin müraciətlər əsasında xidməti məktubların tərtib edilməsini təmin edir;
- Fiziki və hüquqi şəxslərə (banklar istisna olmaqla) mövcud qanunvericiliyə və bankdaxili təlimatlara əsasən bütün növ bank hesablarının açılması, yenidən rəsmiləşdirilməsi və bağlanılması ilə bağlı danışıqları aparır, sənədləri qəbul edir, yoxlayır və müvafiq hesablar açır;
- Müəyyən olunmuş limitlər çərçivəsində və yaxud Kredit Komitəsində müsbət qərar almış həmçinin İH sədrinin əmri və ya sahə rəhbərinin sərəncamı əsasında ərizələrin və müraciətlərin kreditvermə hüquqları ilə bağlı bankın daxili qaydalarının tələblərinə əməl etməklə rəsmiləşdirilməsini təmin edir;
- Kreditin ödənişi üçün müraciət etmiş müştərilərin ödənişini qəbul edir, onlara hesabları haqqında tələb etdikləri məlumatların verilməsini və ödəniş zamanı baş vermiş səhvlərlə bağlı düzəlişlərin ediməsi üçün müraciətləri əsasında xidməti məktubların tərtib edilməsini təmin edir.
Tələblər:
- Azərbaycan - Yüksək
- İngilis – Başlanğıc
- MS Office - Başlanğıc
- Ali təhsil – bakalavriat
- Sahə üzrə iş təcrübəsi: Tələb olunmur
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Könüllü tibbi sığorta;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.











