Bank of Baku
Performans dəyərləndirmə üzrə Aparıcı/Baş Ekspert (Leading/Senior HR Business Partner)
Son tarix 22 fev 2026 - Müraciət et
Vəzifənin Xülasəsi
- Bu vəzifə təşkilatın strateji hədəflərinə çatmasını dəstəkləmək məqsədilə işçi performansının ölçülməsi, testləşdirmə sistemlərinin idarə edilməsi və data əsaslı qərarların qəbulunu təmin edir. HRBP biznes vahidləri ilə sıx əməkdaşlıq edərək güclü performans mədəniyyətinin formalaşdırılmasına töhfə verir.
Əsas Vəzifə Öhdəlikləri
- Dövri performans dəyərləndirmə proseslərinin (KPI, OKR və ya kompetensiya əsaslı) başdan sona planlaşdırılması və icrası
- Performans nəticələrinin təhlili, hesabatların hazırlanması və nəticələrə əsaslanan inkişaf planlarının formalaşdırılmasında iştirak
- Mentorluq proqramlarının təşkili, effektivliyinin artırılması üzrə təkliflərin verilməsi və mentorların dövri qiymətləndirilməsi
- Daxili sorğuların (işçi məmnuniyyəti, bağlılıq və s.) dizaynı, icrası, hesabatlılığı və analitik təhlili
- İnsan resursları metriklərinin (turnover, performance spread, cost per hire və s.) izlənilməsi və nəticələrə uyğun həll yollarının təklif edilməsi
- Struktur bölmə rəhbərləri ilə mütəmadi məsləhətləşmələr apararaq biznes ehtiyaclarının müəyyənləşdirilməsi
Namizədə dair Tələblər
Təhsil və Təcrübə
- Təhsil: İqtisadiyyat, Menecment və ya müvafiq sahə üzrə ali təhsil
- Təcrübə: İnsan Resursları sahəsində minimum 2–5 il iş təcrübəsi (Performans İdarəetməsi və ya HRBP təcrübəsi üstünlükdür)
- Sertifikatlar: SHRM, HRCI və ya digər beynəlxalq İR sertifikatları üstünlük hesab olunur
Texniki Bacarıqlar
- Dil bilikləri: Azərbaycan dili – əla, İngilis dili – əla, Rus dili – orta
- MS Office proqramları, xüsusilə MS Excel üzrə yüksək səviyyədə bilik
- Güclü analitik düşünmə və data əsaslı problem həll etmə bacarığı
Yumşaq Bacarıqlar
- Nəticəyönümlülük
- Biznes yönümlü düşüncə
- Detallara diqqət
- Effektiv əməkdaşlıq bacarığı
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Könüllü tibbi sığorta;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Müraciət Et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.
İnsan resursları funksiyalarının hesabatlılığı üzrə eksperti
Son tarix 22 fev 2026 Müraciət et
Bu vəzifə İnsan Resursları Departamentinin fəaliyyətinin rəqəmlərlə ifadə olunmasını, əməkhaqqı hesablanması ilə bağlı proseslərə dəstək verilməsini və data analitikası vasitəsilə rəhbərliyin qərarvermə prosesinin gücləndirilməsini hədəfləyir. Hesabatlılıq üzrə ekspert İR məlumatlarını strateji və analitik dəyərə malik informasiyaya çevirən əsas rol sahibidir.
Əsas Vəzifə Öhdəlikləri
- İnsan resurslarının fəaliyyətinə dair gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması və vizuallaşdırılması
- İnsan resursları metrikləri (işçi dövriyyəsi, işə qəbul sürəti, xəstəlik vərəqələri və s.) üzrə trendlərin izlənilməsi, təhlil edilməsi və nəticələrə əsaslanan təkliflərin hazırlanması
- Struktur bölmələrdən daxil olan müxtəlif məlumat sorğularının (ad-hoc hesabatlar) operativ şəkildə cavablandırılması
- Ay sonu əməkhaqqı hesablamaları üçün davamiyyət və iş rejimi (attendance) hesabatlarının hazırlanması, təhlili və dəqiqləşdirilməsi
- Daxili İnsan resursları məlumat bazasının (HRIS) mütəmadi yenilənməsinin, məlumatların düzgünlüyünün və tamlığının təmin edilməsi
- Data və hesabatların təhlili və vizuallaşdırılması üçün qrafik və vizual alətlərdən (MS Excel, Power BI və s.) istifadə edilməsi
- Analitik metodlardan (məsələn, Pareto analizi, trend analizi) istifadə etməklə mövcud problemlərin kök səbəblərinin müəyyənləşdirilməsi
Namizədə dair Tələblər
Təhsil və Təcrübə
- Təhsil: İqtisadiyyat, Riyaziyyat, Statistika və ya oxşar sahə üzrə ali təhsil
- İş təcrübəsi: Müvafiq sahə üzrə 1–3 il iş təcrübəsi
- Üstünlükdür: Bank sektorunda iş təcrübəsi və MOSE (Microsoft Office Specialist Expert) sertifikatı
Texniki Bacarıqlar
- MS Excel üzrə yüksək səviyyədə bilik
- Dil bilikləri: Azərbaycan dili – yüksək səviyyə, İngilis dili – orta səviyyə
- Data təmizləmə və statistik analiz bacarığı
Yumşaq Bacarıqlar (Soft Skills)
- Detallara diqqət
- Problem həlletmə bacarığı
- Effektiv ünsiyyət və əməkdaşlıq
- Tapşırıqların icrasını izləmə və nəticəyönümlülük
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Könüllü tibbi sığorta;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Müraciət Et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.











