Bank of Baku
İnsan Resursları departamenti, Kadr işinin təşkili bölməsinin aparıcı eksperti
Son tarix 20 iyn 2025 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Personal əməliyyatlarına dair bütün sənədləşmə proseslərinin Əmək qanunvericiliyinə uyğun olaraq ƏMAS və daxili sistemdə icra olunması;
- Məlumat bazasının düzgün və vaxtında yenilənməsi ,uçotunun aparılması;
- Əməkdaşların şəxsi işlərinin formalaşması və yenilənməsində dəstək göstərilməsi;
- Birbaşa rəhbərinin göstərişi ilə banka aidiyyəti olan şəxslərin siyahısının hazırlanması və mütəmadi olaraq yenilənməsi;
- Əmək müqavilələri, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların tələblərinə uyğun olaraq digər funksiyaların yerinə yetirilməsi
Tələblər:
- Hüquq, İqtisadiyyat, İnsan resursları sahələrində ali təhsil;
- Kadr işinin təşkili üzrə 2-4 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə yüksək səviyyədə biliklər;
- Bank qanunvericiliyi üzrə bililərə malik olması üstünlük hesab olunur.
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli iş mühiti;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuğu tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Könüllü tibbi sığorta paketi;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Müraciət Et düyməsində qeyd olunan qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.
Kreativ bölməsinin aparıcı eksperti (Qrafik və motion dizayner)
Son tarix 20 iyn 2025 Müraciət et
Vəzifə öhdəlikləri:
- Bank of Baku-nun korporativ üslubuna və brend kitabçasına uyğun olaraq yüksək keyfiyyətli qrafik və motion dizayn materiallarının hazırlanması.
- Marketinq kampaniyaları üçün sosial media, veb sayt, rəqəmsal reklam və digər platformalara uyğun dinamik və statik vizualların yaradılması.
- Mövcud dizaynların müxtəlif format və ölçülərə uyğunlaşdırılması və adaptasiya olunması.
- Motion dizayn (animasiya, video qrafika, intro/outro, UI animasiya və s.) layihələrinin hazırlanması və montajı.
- Çap və rəqəmsal dizayn işlərinin keyfiyyətli icrası və deadline-lara uyğun təhvil verilməsi.
- Daxili komandalarla effektiv əməkdaşlıq edərək layihələrin vizual baxımdan gücləndirilməsi.
Tələblər:
- Sahə üzrə iş təcrübəsi -min 6 ay
- Ali təhsil- Bakalavr
- Adobe Photoshop - Yüksək
- Adobe Illustrator - Yüksək
- Adobe After Effects - Yüksək
- Adobe Premiere Pro - Yüksək
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Könüllü tibbi sığorta;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Müraciət Et düyməsində qeyd olunan qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.