Bank of Baku
Ümumi audit şöbəsinin müdiri
Son tarix 26 sen 2026 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Beynəlxalq Daxili Audit Standartları (IIA Standartları) üzrə dərin bilik
- Maliyyə hesabatlarının audit metodologiyası
- Risk əsaslı audit yanaşması (Risk-Based Auditing)
- Daxili nəzarət sistemlərinin qiymətləndirilməsi (COSO çərçivəsi biliyi)
- Audit hesabatlarının hazırlanması və təqdim edilməsi bacarığı
- Fırıldaqçılığın (fraud) aşkarlanması metodları üzrə bilik
- Audit komandasının formalaşdırılması və idarə edilməsi
- İllik audit planının hazırlanması və icrasına nəzarət
- Konfliktlərin həlli və çətin danışıqlar aparma bacarığı
Texniki səriştəliklər
- MS Office (xüsusilə Excel - yüksək səviyyə)
- SQL sistemləri ilə iş təcrübəsi
- Məlumatların analizi (Data Analytics) bacarıqları üstünlükdür
Tələblər:
- Audit, risklərin idarə edilməsi, daxili nəzarət və ya maliyyə sahəsində minimum 5 il təcrübə
- Ən azı 2 ili rəhbər vəzifədə
- Bank, maliyyə institutları və ya iri şirkətlərdə audit təcrübəsi üstünlükdür
- Ali təhsil (Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya Audit sahəsi üzrə)
- Magistr dərəcəsi üstünlük təşkil edir
- Sahə ilə bağlı Peşəkar Beynəlxalq sertifikatlar üstünlük hesab olunur:
- Azərbaycan dili — əla
- İngilis dili — yaxşı
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Könüllü tibbi sığorta;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.
Terminalların texniki dəstəklənməsi şöbəsinin eksperti
Son tarix 26 sen 2026 Müraciət et
Vəzifə öhdəlikləri:
- Bankomat, POS, ödəniş terminalları və Qmatic avadanlıqlarının texniki dəstəklənməsi üzrə mütəxəssis.
Əsas vəzifələr:
Bankomat
- bankomatlarda əməliyyat sistemlərinin quraşdırılması və sazlanması;
- bankomatların texniki vəziyyətinin və işləkliyinin monitorinqinin aparılması;
- əməliyyat sistemi və proqram təminatında yaranan nasazlıqların diaqnostikası və aradan qaldırılması;
- problemli ödəniş əməliyyatlarının araşdırılması;
- inkassasiya prosesi zamanı inkassatorlara texniki dəstəyin göstərilməsi;
- bankomatların şəbəkə bağlantısında yaranan problemlərin diaqnostikası və aradan qaldırılması;
- nağd pulvermə mexanizmi, çek printeri, monitor və bankomatın digər aparat modullarında yaranan nasazlıqların diaqnostikası, təmiri və aradan qaldırılması.
Tələblər:
- Ali təhsil- bakalavriat
- İş təcrübəsi- sahə üzrə 1-3 il
- Bankomatlar, POS-terminallar və ödəniş terminalları ilə iş üzrə 1–3 il təcrübə;
- Windows əməliyyat sistemlərinin quraşdırılması, sazlanması
- Bankomat və ödəniş terminal avadanlıqlarının diaqnostikası və təmiri üzrə praktiki bacarıqlar;
- Diaqnostik proqramlar, sistem jurnalları və xəta kodları ilə işləmək bacarığı;
- TCP/IP, LAN/WAN, DNS, DHCP və şəbəkə bağlantıları üzrə bilikləri;
- Avadanlıqların profilaktik texniki xidmətinin aparılması üzrə bacarıqlar;
- Ehtiyat hissələrinin və texniki avadanlıqların uçotunun aparılması üzrə ilkin bacarıqlar;
- Nasazlıqların səbəblərini operativ müəyyən etmək, prioritetləşdirmək və aradan qaldırmaq bacarığı;
- Məsuliyyətlilik, diqqətlilik, operativlik və stresə davamlılıq;
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.














