Məhkəmə işləri şöbəsinin hüquqşünası (Bakı və region filialları)
Son tarix 25 iyn 2022
Əsas vəzifə və öhdəliklər:
-
Məhkəmə işlərinin məhkəmədə təqibini həyata keçirmək
-
Məhkəmə qərarlarının alınıb aidiyyatı üzrə təhvil verilməsini təmin etmək
-
Məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmış işlərin yenidən məhkəməyə göndərilməsini təmin etmək
-
Əmək müqaviləsi, departamentin əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn funksiyaları icra etmək
Tələblər:
-
Ali hüquqi təhsil
-
Azərbaycan dili üzrə əla şifahi və yazılı ünsiyyət bacarığı
-
MS Word və Excel proqramları ilə orta səviyyədə işləmə bacarığı
-
Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşması
İş yeri: Bakı, Şirvan, Lənkəran və Yeni Gəncə filialları
İş vaxtı: 5 iş günü, 09.00-18.00
Müraciət qaydası:
Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə onlayn www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform CV formamızı doldura və ya CV-ləri subject bölməsində Məhkəmə işləri şöbəsinin hüquqşünası qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər.
Rəqəmsal Marketinq Mütəxəssisi / Ekspert
Son tarix 25 iyn 2022
Əsas vəzifə və öhdəliklər:
-
Bankın sosial şəbəkələrdəki səhifələrinin idarə edilməsi
-
Bankın Bolkart məhsulunun rəqəmsal platformada aktivliyini təmin etmək
-
Məhsul və xidmətlərin təşviqi üçün maraqlı kontentin hazırlanması və yerləşdirilməsi
-
Bankın korporativ və məhsul saytlarının mütəmadi olaraq yenilənməsi və ümumi nəzarətin təşkili
-
Rəqəmsal trendlərin izlənməsi və kreativ ideyaların hazırlanmasında aktiv iştirak etmək
Tələblər:
-
Ali təhsil
-
Rəqəmsal marketinq üzrə 1 il və daha artıq iş təcrübəsi
-
Əla Azərbaycan dili bilikləri (Rus və İngilis dili arzuolunandır.)
-
Yaradıcı və analitik düşünmə qabiliyyəti
-
Yüksək ünsiyyətqurma və yazı bacarığına malik olmaq
İş yeri: Baş İdarə
İş vaxtı: 5 iş günü, 09:00-18:00
Muraciət qaydası:
Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə onlayn www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform CV formamızı doldura və ya CV-ləri subject bölməsində Rəqəmsal Marketinq Mütəxəssisi / Ekspert qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.
Analitika və təqibə dəstək bölməsinin aparıcı eksperti
Son tarix 25 iyn 2022Əsas vəzifə və öhdəliklər:
-
Problemli kreditlər portfelinin və portfel üzrə hesabatların təhlil edilməsi, həmçinin ona dair statistik məlumatlar əsasında mütəmadi olaraq hesabatların hazırlanması
-
Müştərilərin təqibi ilə əlaqəli hesabatlarını hazırlanması
-
Departament əməkdaşlarının portfel üzrə təyin olunmasına, iş yükünün düzgün bölüşdürülməsinə, aylıq planların icra edilməsinə və təqib normalarının yerinə yetirilməsinə dəstək olmaq
-
Müştərilərin və ya zaminlərin ünvanlarına sifariş olunan bildirişləri hazırlanması və aidiyyatı üzrə yönləndirilməsi
Tələblər:
-
Ali iqtisadi təhsil
-
Analitika üzrə 2 ildən çox iş təcrübəsi
-
Əla Azərbaycan dili bilikləri (Rus və İngilis dili arzuolunandır.)
-
MS Office proqramları ilə işləmək bacarığı
-
Excel VBA, PL/SQL üzrə biliklər
-
Komanda halında işləyə bilmək və operativ olmaq
İş yeri: İnzibati Mərkəz
İş vaxtı: 5 iş günü, 09:00-18:00
Müraciət qaydası:
Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə onlayn www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform CV formamızı doldura və ya CV-ləri subject bölməsində Analitika və təqibə dəstək bölməsinin aparıcı eksperti qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.