Daxili Audit üzrə müfəttiş
Son tarix 02 apr 2022
Əsas vəzifə və öhdəliklər:
-
Bankın fəaliyyəti üzrə daxili nəzarət sistemlərinin mövcudluğu, effektivliyinin və adekvatlığının qiymətləndirilməsi
-
Audit olunan strukturlar və biznes proseslər üzrə risk təhlilinin həyata keçirilməsi
-
Audit olunan strukturlar və biznes proseslər üzrə fəaliyyətinin mövcud daxili qaydalara və bank qanunvericiliyinə müvafiqliyinin qiymətləndirilməsi
-
Audit olunan strukturlar və biznes proseslər üzrə fəaliyyətin səmərəliliyinin və xərclərin effektivliyinin qiymətləndirilməsi
-
Audit nəticələri və aparılmış təhlillərə dair hesabatların tərtib edilməsi
-
Audit fəaliyyəti ilə bağlı qanunvericilik və beynalxalq praktikada qəbul olunmuş digər vəzifələrin həyata keçirilməsi
Tələblər:
-
Ali iqtisadi təhsil
-
Azərbaycan , rus və ingilis dillərini mükəmməl səviyyədə bilmək
-
MS Office proqramlarında sərbəst işləmək bacarığı (SQL biliyi arzuolunandır)
-
Audit üzrə yerli və beynəlxalq qanunvericilik, beynəlxalq audit standratları üzrə biliklərə malik olmaq
-
Əlavə İT biliklərinə (SQL, VBA və s.) malik namizədlərə üstünlük veriləcək.
İş yeri: Baş İdarə
İş vaxtı: 5 iş günü, 09:00-18:00
Müraciət qaydası:
Müraciət etmək istəyən namizədlər CV-ləri subject bölməsində Daxili Audit üzrə müfəttiş qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.
İstehlak kreditləri üzrə kiçik ekspert (Şəki filialı)
Son tarix 02 apr 2022
Vəzifənin təsviri
İstehlak kreditləri üzrə kiçik ekspert bankın əsas funksiyalarından biri olan kreditvermə fəaliyyətinin həyata keçirilməsində birbaşa iştirak edir və müştərilərlə sıx işləyir. Bu vəzifə ali təhsili tamamlamış və iş təcrübəsi olmayan və ya az olan şəxslər üçün unikal inkişaf imkanıdır.
Əsas vəzifə və öhdəliklər:
-
Müştərilərin qəbulu və onlara kredit məhsulları haqqında məlumatların verilməsi
-
Müştərilər tərəfindən verilmiş kredit ərizələrinin təhlilinin aparılmasında iştirak edilməsi
-
Müsbət qərar verilmiş kredit ərizələrinin rəsmiləşdirilməsinin təmin edilməsi
-
Götürülmüş kreditin ödənişi üçün müraciət etmiş müştərilərin ödənişinin qəbulu
Tələblər:
-
İqtisadiyyat və idarəetmə sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi
-
Əla Azərbaycan dili bilikləri (Rus dili və İngilis dili arzuolunandır)
-
MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
-
Bank sektorunda karyera qurmağa böyük həvəs və iddialılıq
-
Yaradıcı və analitik düşüncə tərzi
-
Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşması
İş yeri: Şəki filialı
İş vaxtı: 5 iş günü, 09:00-18:00
Müraciət qaydası:
Müraciət etmək istəyən namizədlər qeyd edilən link vasitəsilə www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində İstehlak kreditləri üzrə kiçik ekspert (Şəki filialı) qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.