Biznes analitik
Son tarix 03 yan 2022
Əsas vəzifə və öhdəliklər:
-
İstifadəçi tələblərinin toplanması üçün bank əməkdaşları ilə görüş və analitik intervyuların həyata keçirilməsi;
-
Biznes proseslər üzrə texniki sənədlərin (texniki tapşırıq, use-case, uml diaqramlar, istifadəçi təlimatları) hazırlanması;
-
Layihələrin texniki rəhbərləri ilə texniki tapşırıqların müzakirəsi və komanda ilə görüləcək işlərin və layihə planın hazırlanmasında iştirak;
-
Proqramlaşdırma mərhələsində sistemin tələbləri və analiz sənədinin təhlili ilə bağlı proqramçılara lazımi informasiya dəstəyinin göstərilməsi;
-
Hazırlanmış proqram təminatlarının və yeni funksionallıqların testlərinin aparılması.
Tələblər:
-
İnformasiya texnologiyaları və ya maliyyə ixtisasları üzrə ali təhsil;
-
Biznes analitik kimi ən azı 1 il iş təcrübəsi;
-
Azərbaycan dili əla, ingilis dili və rus dili üzrə yaxşı səviyyədə biliklər;
-
Kompüter bilikləri: MS Word, MS Excel, MS Project, MS Visio;
-
Task Management sistemlərinin hər hansı biri ilə işləmə bacarığı (Jira, trello və s.);
-
Wireframe, mockup, prototyping alətlərindən istifadə etmək bacarığı;
-
SQL üzrə biliklər;
-
Problem həll etmə və analitik düşünmə qabiliyyətinin yaxşı səviyyədə olması;
-
Ünsiyyət və təşkilati bacarıqlarının yüksək səviyyədə olması;
-
İş yükünü prioritetləşdirə bilmək, həmçinin müstəqil və komanda şəklində işləmək bacarığının olması.
İş qrafiki: 5 iş günü, 09:00-18:00
İş yeri: Əməliyyat Mərkəzi (Nərimanov ray., Ağa Neymətulla küç. 63/65)
Müraciət qaydası:
Müraciət etmək istəyən namizədlər qeyd edilən link vasitəsilə www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Biznes analitik qeyd etməklə mail ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.
Xidmət bölməsinin kiçik eksperti (Lənkəran filialı)
Son tarix 03 yan 2022
Əsas vəzifə və öhdəliklər:
-
Fiziki və hüquqi şəxslərə bankın əmanət məhsulları haqqında məlumat verilməsi
-
Bağlanılacaq əmanət müqavilələrinin rəsmiləşdirilməsi
-
Fiziki və hüquqi şəxslər üzrə bütün növ bank hesablarının açılması, yenidən rəsmiləşdirilməsi və bağlanması
-
Müştəriyə kassa-hesablaşma xidmətlərinin göstərilməsi, bütün növ tapşırıq sənədlərinin hazırlanması
Vakansiyaya kimlər müraciət edə bilər:
-
Ali təhsilli şəxslər
-
Azərbaycan dili üzrə əla yazılı və şifahi ünsiyyət bacarığı olanlar (Rus və İngilis dili arzuolunandır.)
-
MS Office proqramları ilə işləmək bacarığı olanlar
-
Karyerasını bank sektorunda qurmaq üçün yüksək motivasiyası olan gənclər
-
Yüksək ünsiyyət bacarığına, məsuliyyətli, dəqiq və intizamlı iş yanaşmasına malik olan şəxslər
İş yeri: Lənkəran şəhəri
İş vaxtı: 5 iş günü, 09:00-18:00
Müraciət qaydası:
Müraciət etmək istəyən namizədlər qeyd edilən link vasitəsilə www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Xidmət bölməsinin kiçik eksperti (Lənkəran filialı) qeyd etməklə mail ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.
Kassa bölməsinin kiçik eksperti (Yeni Gəncə filialı)
Son tarix 03 yan 2022
Əsas vəzifə və öhdəliklər:
-
Manatda və xarici valyutada nağd pul vəsaitlərinin, habelə digər qiymətlilərin və ciddi hesabat blanklarının qəbul edilməsi, verilməsi və saxlanılması üzrə əməliyyatların həyata keçirilməsi
-
Mədaxil və məxaric sənədlərinin yoxlanılması
-
Əməliyyatların bankın əməliyyat proqramında əks etdirilməsi
-
Bankomatların və ödəniş terminallarının inkassasiyasının həyata keçirilməsi
Tələblər:
-
Ali iqtisadi təhsil
-
Əla Azərbaycan dili bilikləri (Rus dili arzuolunandır)
-
MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
-
Böyükhəcmli rəqəmli məlumatlarla işləmək bacarığı
-
Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşmasına malik olmaq
İş yeri: Gəncə şəhəri
İş vaxtı: 5 iş günü, 09:00-18:00
Müraciət qaydası:
Müraciət etmək istəyən namizədlər qeyd edilən link vasitəsilə www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Kassa üzrə kiçik ekspert – Gəncə qeyd etməklə mail ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.
İstehlak kreditləri üzrə kiçik ekspert (Xaçmaz filialı)
Son tarix 03 yan 2022
Vəzifənin təsviri:
İstehlak kreditləri üzrə kiçik ekspert bankın əsas funksiyalarından biri olan kreditvermə fəaliyyətinin həyata keçirilməsində birbaşa iştirak edir və müştərilərlə sıx işləyir. Bu vəzifə ali təhsili tamamlamış və iş təcrübəsi olmayan və ya az olan şəxslər üçün unikal inkişaf imkanıdır.
Əsas vəzifə və öhdəliklər:
-
Müştərilərin qəbulu və onlara kredit məhsulları haqqında məlumatların verilməsi
-
Müştərilər tərəfindən verilmiş kredit ərizələrinin təhlilinin aparılmasında iştirak edilməsi
-
Müsbət qərar verilmiş kredit ərizələrinin rəsmiləşdirilməsinin təmin edilməsi
-
Götürülmüş kreditin ödənişi üçün müraciət etmiş müştərilərin ödənişinin qəbulu
Tələblər:
-
İqtisadiyyat və idarəetmə sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi
-
Əla Azərbaycan dili bilikləri (Rus dili və İngilis dili arzuolunandır)
-
MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
-
Bank sektorunda karyera qurmağa böyük həvəs və iddialılıq
-
Yaradıcı və analitik düşüncə tərzi
-
Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşması
İş yeri: Xaçmaz filialı
İş vaxtı: 5 iş günü, 09:00-18:00
Müraciət qaydası:
Müraciət etmək istəyən namizədlər qeyd edilən link vasitəsilə www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində İstehlak kreditləri üzrə kiçik ekspert (Xaçmaz filialı) qeyd etməklə mail ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.
PL/SQL Developer
Son tarix 03 yan 2022
Əsas vəzifə və öhdəliklər:
-
Bankda tətbiq olunan proqram vasitələrinin dəstəklənməsinin təmin edilməsi
-
Məlumat bazalarının proqramlaşdırılması (Oracle, SQl, Pl/SQl)
-
Mövcud məlumatları, cədvəlləri, sorğuları, saxlanılan prosedurları, hesabatları və s. (packages, procedures, pipeline functions, indexes, materialized views, bulk collection) təhlil edilməsi və dəyişdirilməsi
Tələblər:
-
Ali təhsil (İnformasiya texnologiyaları sahəsi üstünlükdür.)
-
Sahə üzrə ən azı 2 il iş təcrübəsi
-
Azərbaycan dili əla, ingilis dili və rus dili üzrə yaxşı səviyyədə biliklər
-
Oracle, SQL, PL/SQL üzrə biliklər
-
Problem həll etmə və analitik düşünmə qabiliyyətinin yaxşı səviyyədə olması
-
Məlumatlar əsasında təhlil etmə və düzgün qərarların verilməsi
-
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsinin olması
İş qrafiki: 5 iş günü, 09:00-18:00
İş yeri: Əməliyyat Mərkəzi (Nərimanov ray., Ağa Neymətulla küç. 63/65)
Müraciət qaydası:
Müraciət etmək istəyən namizədlər qeyd edilən link vasitəsilə www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində PL/SQL Developer qeyd etməklə mail ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.
İT operator
Son tarix 03 yan 2022
Əsas vəzifə və öhdəliklər:
-
Mütəmadi olaraq İT infrastruktur və digər bank tətbiqlərinə dair ehtiyat nüsxələrin çıxarılması üçün müəyyən olunmuş proseslərin yerinə yetirilməsi
-
Mövcud alətlərlə müşaiət olunan sistəmlərin monitorinqi
-
Texniki işlərin təlimatlara uyğun yerinə yetirilməsi
Tələblər:
-
Ali təhsil (İnformasiya texnologiyaları sahəsi üstünlükdür.)
-
Texniki dəstək mütəxəssisi kimi iş təcrübəsi (minimum 2 il)
-
Bank İT əməliyyatları sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
-
Azərbaycan dili əla, ingilis dili və rus dili üzrə yaxşı səviyyədə biliklər
-
Windows, Unix, Linux OS Əməliyyat Sistemi bilikləri
-
Problem həll etmə və analitik düşünmə qabiliyyətinin yaxşı səviyyədə olması
-
Ünsiyyət və təşkilati bacarıqlarının yüksək səviyyədə olması
-
Gecə növbəsi və qeyri-iş günlərində işləməyə hazır olmaq (İş saatları Əmək Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq tənzimlənəcək.)
İş qrafiki: Gecə növbəsi
İş yeri: Əməliyyat Mərkəzi (Nərimanov ray., Ağa Neymətulla küç. 63/65)
Müraciət qaydası:
Müraciət etmək istəyən namizədlər qeyd edilən link vasitəsilə www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində İT operator qeyd etməklə mail ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.