Vəzifə: Korporativ aktların hüquqi təminatı şöbəsinin kiçik hüquqşünası
Əsas vəzifə və öhdəliklər:
• İdarə etmə orqanlarının (Audit komitəsi istisna olmaqla) və bankdaxili komitələrin (Sahə kredit komitəsi , MXD və filiallardakı kredit komitələri istisna olmaqla) iclas protokollarının, habelə Müşahidə Şurası və İdarə Heyəti sədrlərinin tətbiqi aktlarının (qərar/əmrlər) hazırlanması (insan resurslarının idarə edilməsi və sahəvi tətbiqi aktlar (əmrlər) istisna olmaqla), rəsmiləşdirilməsi və qəbul edilmiş qərarların aidiyyəti olan struktur bölmələrə ((o cümlədən vahidlərə) və şəxslərə çatdırılması.
• Bankdaxili strategiya, siyasət, məcəllə, təlimat və qaydaların, habelə İdarəetmə orqanlarının və bankdaxili komitələrin (MXD və filiallardakı kredit komitələri istisna olmaqla) fəaliyyətini tənzimləyən əsasnamələrin hazırlanması prosesinə dəstək verilməsi;
• Bankdaxili struktur bölmələrinin əsasnamələrinin hazırlanması istiqamətində zəruri hüquqi rəy və məsləhətlərin verilməsi
• Şöbənin səlahiyyətlərinə aid olan məsələlər üzrə standart və qeyri standart tipli sənədlərin hazırlanması, aidiyyəti hüquqi sorğuların araşdırılması, cavablandırılması və s.
Seçim meyarları:
- Ali hüquqi təhsil
- Sahə iş təcrübəsi tələb edilmir
- Azərbaycan dili - əla
- Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti
- Öyrənməyə həvəs
- MS Office proqramları ilə işləmə bacarığı
Yuxarıdakı tələblərə uyğun namizədlər CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Məktubun subject qrafasında Korporativ aktların hüquqi təminatı şöbəsinin kiçik hüquqşünası sözünü qeyd etməyi unutmayın!
Vəzifə: Qərarların icrası şöbəsinin hüquqşünası (Şirvan / Bakı)
Əsas vəzifə və öhdəliklər:
- Şöbəyə daxil olan sənədlərin ilkin ekspertizası
- İcraatda olan işlərin reyestrinin aparılması, işlərin müvafiq qaydada təhvili
- Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icraya yönəldilməsi
- İcra işləri üzrə bazanın yaradılması/işlənməsi
- İcra məmurları ilə əməkdaşlıq edərək qərarların icra olunmasının təşkili
Seçim meyarları:
- Ali hüquqi təhsil
- Azərbaycan dili üzrə əla bacarıqlar
- MS Word və Excel proqramları ilə orta səviyyədə işləmə bacarığı
- Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşması
- Sürücülük vəsiqəsi
İş şərtləri:
- İş yeri: Şirvan, Lənkəran
- İş vaxtı: 5 iş günü, 09:00-18:00
Seçim prosesi:
Müraciət etmək istəyən namizədlər “Müraciət et” düyməsindən istifadə edərək onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Qərarların icrası şöbəsinin hüquqşünası qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.