Bank of Baku
Performans dəyərləndirmə bölməsinin eksperti
Son tarix 14 iyn 2026 - Müraciət et
Vəzifə funksiyaları
- Bankdaxili performans qiymətləndirmə sistemində Əsas Fəaliyyət Göstəricilərinin (ƏFG/KPI) toplanması, təhlili və sistemə daxil edilməsində digər struktur bölmələrlə koordinasiyanı təmin etmək;
- Performans idarəetmə prosesinin gedişatını izləmək, sınaq müddəti olan əməkdaşların dəyərləndirmə formalarının vaxtında tamamlanmasına nəzarət etmək;
- Yüksək potensiallı işçilərin inkişaf planlarının sənədləşdirilməsinə və icrasına nəzarət etmək;
- Səriştəlilik modelinin və dərəcələndirmə sisteminin tətbiqi prosesində məlumat bazasını idarə etmək;
- Attestasiya, müsahibə və peşəkarlıq yoxlanış tədbirlərinin yüksək səviyyədə təşkilini koordinasiya etmək.
- Məlumat bazaları ilə işləmə
- Excel-də dinamik Dashboard-ların (idarəetmə panelləri) hazırlanması.
Vəzifəyə dair tələblər
- Təhsil: Ali təhsil (İqtisadiyyat və ya menecment sahəsi arzuolunandır).
- Təcrübə: İnsan resursları və ya performansın idarəedilməsi sahəsində 1-3 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dilini mükəmməl bilmək, ingilis dili biliyi intermediate
- Texniki bacarıqlar: MS Office (xüsusilə Excel) proqramlarından peşəkar səviyyədə istifadə bacarığı.
- Yumşaq bacarıqlar: Analitik düşüncə və detallara diqqət, kommunikasiya və əməkdaşlıq, nəticəyönümlülük və zamanın idarə edilməsi, problem həll etmə və adaptasiya
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Könüllü tibbi sığorta;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.















