Texniki dəstək (Helpdesk) üzrə kiçik ekspert / ekspert
Son tarix 04 may 2022 - [email protected]
Vəzifənin təsviri:
Texniki dəstək (Helpdesk) üzrə kiçik ekspert bankın kompyuter və ofis texnikasının mütəmadi profilaktikası və diaqnostika fəaliyyətinin həyata keçirilməsində birbaşa iştirak edir.
Əsas vəzifə və öhdəliklər:
-
Kompyuter və ofis texnikasının mütəmadi profilaktikası və diaqnostikasının keçirilməsi, eləcə də profilaktika və diaqnostika zamanı ortaya çıxan nasazlıqların aradan qaldırılması
-
İT infrastrukturunun qurulması, kompyuter və ofis texnikasının sazlanması
-
Helpdesk proqramı vasitəsi ilə qəbul olunan müraciətləri əsas tutaraq Bankın istifadəçilərinin texniki dəstəklənməsi
Seçim meyarları:
-
Ali təhsil (informasiya texnologiyaları sahəsi üstünlükdür)
-
Məlumatları bərpa edə bilmək, Active Directory (anlayış), şəbəkə qurğuları ilə işləmək bacarığı
-
Windows 7, 10 (Server 2012, 2016 arzu olunandır), Microsoft Office 2010, 2013, 2016 proqramları ilə dərindən işləmək bacarığı
-
Yaradıcı və analitik düşüncə tərzi
İş şərtləri:
-
İş yeri: İT Mərkəz
-
İş vaxtı: 5 iş günü, 09:00-18:00
Seçim prosesi:
Müraciət etmək istəyən namizədlər CV-ləri subject bölməsində Texniki dəstək (Helpdesk) qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər.