Maliyyə departamentinin eksperti
Son tarix 11 mar 2022
Tələblər:
- 
	Maliyyə və İqtisadiyyat üzrə bakalavr və ya magistr dərəcəsi 
- 
	Yaxşı səviyyədə Azərbaycan dili və İngilis dili bilikləri 
- 
	MS Office (Word, Excel) proqramları ilə əla işləmək bacarığı 
- 
	Sahə üzrə 1 ilədək iş təcrübəsi 
- 
	Riyazi analiz və məntiqi düşünmə qabiliyyəti 
- 
	F2, F3 və F6 sertifikatlarının olması arzu olunandır. 
- 
	Vergi məcəlləsindən məlumatlı olmalıdır. 
Əsas vəzifə və öhdəliklər:
- 
	ƏDV ödəyicilərinin dövriyyələri barədə aylıq hesabatın hazırlanması 
- 
	Aylıq (ƏDV, Nağd vəsaitlərin məxaricinə görə sadələşmiş vergi, idman oyunlarından əldə edilmiş vəsaitlərə görə ÖMV) hesabatların hazırlanması 
- 
	Rüblük (ÖMV, Muzdlu əməklə bağlı vahid bəyannamə) hesabatların hazırlanması 
- 
	İllik (Mənfəət, Əmlak və Torpaq vergisi) bəyannamələrin hazırlanması 
- 
	Kameral vergi məktublarına cavabların hazırlanması 
İş yeri: Baş İdarə
İş vaxtı: 5 iş günü, 09:00-18:00
Müraciət qaydası:
Müraciət etmək istəyən namizədlər qeyd edilən link vasitəsilə www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Maliyyə departamentinin eksperti qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.


 
            
 
                            
                            
                        

 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








